Azərbaycanda qanunsuz miqrantların sayı azalıb
“Ötən il qanunsuz miqrasiyaya qarşı qəbul edilmiş qərarların sayı 9074 olub”.
Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2021-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu, 2020-ci illə müqayisədə 24 faiz artım deməkdir: "2020-ci ildə bu rəqəm 7317 olub. Ötən il ərzində 150 nəfər qanunsuz miqrant miqrantların saxlama mərkəzlərinə yerləşdirilib. Həmin miqrantlar arasında koronavirusa yoluxma qeydə alınmayıb. 2020-ci illə müqayisədə bu rəqəm 2,2 faiz azalıb (332)".
Xidmət rəisi deyib ki, ölkədə qaçqın statusu ilə yaşayan əcnəbilərin sayı 78-dir, bu isə 2020-ci ildəki rəqəmlə eynidir: "Ölkədə qaçqın statusu ilə yaşayanların 26 nəfəri Əfqanıstan, 43 nəfəri İran, 3-ü Pakistan, 2-si Cənubi Afrika Respublikasından olan şəxslərdir. Ölkədə qaçqın və sığınacaq axtaran şəxslərin sayı 35 olub. Bu rəqəmdə əvvəlki illə müqayisədə 8,7 dəfə azalma olub. 2020-ci ildə bu rəqəm 305 nəfər idi”.
Azərbaycan vətəndaşlığı almaq istəyən əfqanların sayı məlum olub
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Əfqanıstandakı hadisələrlə əlaqədar Azərbaycanda vətəndaşlığa qəbul üçün müraciət edən əfqanların olub-olmadığına aydınlıq gətirib.
2021-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Xidmət rəisi deyib ki, Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edən 4 əfqan var: "Amma onlar əvvəldən Azərbaycanda müvafiq icazə ilə yaşayan şəxslərdir. Sərhədlərə yaxınlaşaraq vətəndaşlıq istəyən əfqan olmayıb. Amma müxtəlif beynəlxalq təşkilatlardan bununla bağlı 118 sorğu müraciəti olub".
Ötən il Azərbaycan vətəndaşlığının müəyyən edilməsi üçün müraciətlərin sayı açıqlanıb
“2021-ci ildə Azərbaycan vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi üçün 24125 müraciət olub”.
Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2021-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, onlardan 20756-sı Azərbaycan vətəndaşı sayılıb: "3925 nəfər Azərbaycan vətəndaşı sayılmayıb. 1558 şəxsin isə mənsubiyyətini müəyyən etmək mümkün olmayıb".
Ötən il 596 şəxs Azərbaycan vətəndaşlığına qəbul edilib
2021-ci ildə 596 şəxs Azərbaycan vətəndaşlığına qəbul edilib. Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2021-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, onlardan 62 şəxs Vətən Müharibəsində iştirak edən hərbi qulluqçuların ailə üzvləridir: "2020-ci ildə vətəndaşlığa qəbul edilənlərin sayı 409, vətəndaşlığı bərpa edilən şəxslərin sayı isə 8 olub. Ötən il 15 şəxsin vətəndaşlığa bərpa olunması barədə qərar verilib".
Bu il əcnəbilər üçün nəzərdə tutulan iş kvotası açıqlanıb
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun sözlərinə görə, bu il əcnəbilər üçün müəyyən edilən iş kvotası 8740-dır. Bu, komissiya tərəfindən hazırlanır, daha sonra Nazirlər Kabineti bunu təsdiq edir.
V. Hüseynov qeyd edib ki, ötən il 7575 nəfərə əcnəbiyə iş icazəsi verilib: "Əcnəbilər üçün iş icazələrində 43,2 faiz artım olub. Torpaqlar işğaldan azad ediləndən sonra o yerlərdə böyük infrastruktur layihələri həyata keçirilir. Bu səbəbdən şirkətlər tərəfindən əcnəbilər üçün iş icazəsi alınıb".
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
APA
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 gün sonra
-
19 d. əvvəl
Yanğının söndürülməsi əməliyyatına 182 nəfərlik heyət, 40 ədəd texnika və 2 helikopter cəlb olunub
-
-
26 d. əvvəl
20-yə yaxın avtomobil distribütoru və satıcısının nümayəndələri Dövlət Agentliyində olublar
- 30 d. əvvəl
- 34 d. əvvəl
- 39 d. əvvəl
- 53 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
"Bank Respublika" mikro kreditlər üzrə yeni skorinq sistemini istifadəyə verdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
İsveçrə bankı qızılın qiymətinin 5600 dollara çatacağını gözləyir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
AccessBank-dan “qızıl” kimi kredit!
Güclü yanğın nəzarətə götürüldü
Azərbaycan neftinin son qiyməti
İsveçrə bankı qızılın qiymətinin 5600 dollara çatacağını gözləyir
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 1 GÜN
Rəsmi məzənnələr açıqlandı
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 1 GÜN
Almaniyanın enerji şirkəti "E.ON" Böyük Britaniyadakı rəqibi "Ovo Energy"ni satın alır
Morgan Stanley-dən 150 dollarlıq neft ssenarisi
Mayın 12-də gözlənilən hava şəraiti - 30° isti






.jpg)








.jpg)






