Azərbaycanda ilk dəfə tərəvəz-bostan bitkilərinin güzəştli sığortası başlayıb
Azərbaycanda dövlət dəstəyi ilə təbiq edilən aqrar sığorta çərçivəsində ölkədə ilk dəfə olaraq tərəvəz-bostan bitkilərinin güzəştli sığortası başlayıb.
Aqrar Sığorta Fondunun məlumatına görə, Nazirlər Kabinetinin 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarı ilə aqrar sığorta predmetlərinin – sığortalanan bitkilərin siyahısı genişləndirilib.
Nəticədə ölkədə geniş şəkildə əkilən tərəvəz-bostan bitkiləri – noxud, yaşıl noxud, qarpız, qovun, pomidor, baş soğan, sarımsaq və kələm də sığortalanan bitkilər sırasına daxil edilib.
Aqrar sığorta qaydalarına əsasən, sözügedən bitkilər dolu; yanğın; zəlzələ; torpaq sürüşməsi; qasırğa; fırtına; sel və subasma; leysan; ildırım; şaxtavurma (donvurma); normadan artıq yağan qar yağıntıları; üçüncü şəxslərin hərəkətləri kimi risklərdən, eləcə də əlavə sığorta haqqı ödəməklə, bitki xəstəlikləri və zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin vurduğu zərərdən sığortalana bilərlər.
Tərəvəz-bostan bitkilərinin sığortalanması üçün sığorta tarifləri ölkənin regionları və seçilmiş sığorta zərfindən asılı olaraq dəyişir. Sığorta tarifləri aşağıdakı kimidir:
- pomidor 2.12% - 4.58%
- baş soğan 1.61% - 3.18%
- sarımsaq 1.54% - 3.02%
- kələm 1.59% - 3.30%
- noxud 1.95% - 4%
- yaşıl noxud 1.95% - 4%
- qarpız 2.17% - 4.71%
- qovun 1.87% - 3.98%
Misal 1:
1 hektar pomidor sahəsinin sığortası:
1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı – 100 sentner, 1 sentner məhsulun bazar qiyməti – 40 manat olarsa, sahədən gözlənilən məhsulun ümumi dəyəri - sığorta məbləği 4 000 manat təşkil edir. Bu sahənin baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 85-183 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 42-92 manatını ödəyir, qalan hissəni dövlət ödəyir. Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta ödənişi 3 600 manat təşkil edir.
Misal 2:
1 hektar qarpız sahəsinin sığortası:
1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı – 150 sentner, 1 sentner məhsulun bazar qiyməti – 10 manat olarsa, sahədən gözlənilən məhsulun ümumi dəyəri - sığorta məbləği 1 500 manat təşkil edir. Bu sahənin baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 32-71 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 16-36 manatını ödəyir, qalan hissəni dövlət ödəyir. Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta ödənişi 1 350 manat təşkil edir.
Qeyd edək ki, sözügedən tərəvəz-bostan bitkiləri ölkənin demək olar ki, bütün ərazilərində həm daxili tələbatı ödəmək, həm də ölkədən xaricə ixrac üçün becərilir. Aqrar sığortanın əhatə dairəsinə daxil edilməsi bu sahədə çalışan fermerlərin məhsulları, gəlirləri və ümumilikdə biznesinin qorunmasına imkan verəcək.
Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 saat əvvəl
-
-
7 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
10 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir












.jpg)










