Neftin bir barelinin 200 dollara qədər bahalaşacağı proqnozlaşdırılır
Ən uğurlu əmtəə hedcinq fondu menecerlərindən biri olan Doug King bildirib ki, neft qiymətləri hasilata kifayət qədər sərmayə qoyuluşu olmadığından daha da yüksələcəkdir.
Marja xəbər verir ki, 2008 və 2014-cü illərdə neft qiymətlərinin çökməsini "təxmin edən" və 2020-ci ildə kotirovkaların sıfırdan aşağı düşməsindən yararlana bilən Kingin fikrincə, yaxın gələcəkdə bir barel 100 dollara, üfüqdə isə (qarşıdakı beş ildə) 200 dollara qədər bahalaşa bilər.
King "Bloomberg"ə müsahibəsində bildirib ki, əmtəə qiymətlərinin qalxması təklif yönlü problemlərlə bağlıdır və 1970-ci illərdən bəri ən pis vəziyyət olacaq.
King qeyd edir ki, OPEC+ ölkələri gündəlik hasilat kvotasını hər ay 400 min barel artırsalar da, “əslində bazara daha az neft daxil olur”. Dekabrda kartelin hasilatı sutkada cəmi 250 min barel artıb.
Ən böyük istehsal edən ölkələrdən yalnız Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin ehtiyat hasilat gücü var. Ər-Riyad sutkada 10,1 milyon barel neft hasil edir, Rusiya ilə qiymət müharibəsi zamanı hasilatı 12 milyon barelə çatdırdı və nəzəri olaraq ən çoxu 13 milyon barel hasil edə bilər.
Kinq bildirib ki, dünyanın ikinci ən böyük neft istehsalçısı olan Rusiya bazarı daha çox xammalla təmin edə bilmir. Rusiyanın OPEC+ kvotası hər ay gündəlik 100 min barel artdığı halda, noyabrda neftçilər bu həcmin yalnız yarısını istifadə edə biliblər, dekabrda isə hasilat gözlənilmədən azalıb.
“Heç kimə sirr deyil ki, Rusiya öz zirvəsindədir və ya ona yaxındır. Aprelə qədər bazara çıxarmaq üçün daha çox əlavə barelləri olmayacaq”, - King deyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
-
11 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 14 d. əvvəl
- 27 d. əvvəl
- 30 d. əvvəl
- 37 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb

























