Ödəniş tapşırıqlarına dair yeni tələblər müəyyən edilib
Ödənişin təyinatında rekvizitləri göstərməyən vergi ödəyicilərinə maliyyə sanksiyası tətbiq ediləcək.Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti tərəfindən Vergi Məcəlləsində dəyişikliklərlə bağlı qanun təsdiq edilib.
Qanunvericiliyə edilmiş dəyişikliklər sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, uçot, vergitutma və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, vergi təşviqləri və s. istiqamətləri əhatə edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsində edilmiş bəzi dəyişikliklər və onların əsaslandırmasını ictimaiyyətin diqqətinə təqdim edir.
Məcəlləyə edilmiş mühüm dəyişikliklərdən biri 01.01.2022-ci il tarixdən etibarən vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını həyata keçirən digər şəxslərə təqdim edilən ödəniş tapşırığının ödənişin təyinatı hissəsində konkret rekvizitlər üzrə məlumatların əks olunması ilə bağlıdır.
Belə ki, Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdə alınmış, habelə idxal edilmiş mal, iş və xidmətlərə, həmçinin borc və avans ödənişlərinə görə vergi ödəyiciləri tərəfindən aparılan köçürmələrin ödəniş tapşırıqlarının ödənişin təyinatı hissəsində konkret rekvizitlər üzrə məlumatların əks olunması ilə bağlı vergi ödəyicilərinə tələb və bu tələbin pozulmasına görə maliyyə sanksiyası müəyyən edilib. Həmin məlumatlara ödənişin aid olduğu elektron qaimə-fakturanın seriyası və nömrəsi, xarici ticarət fəaliyyəti üzrə yük gömrük bəyannaməsinin və ya qısa idxal bəyannaməsinin seriyası və nömrəsi, xidmətlərin alışı ilə bağlı hesab-fakturanın (invoys) tarixi və nömrəsi, avans ödəmələrinə münasibətdə təyinatında avans ödənişi olduğu göstərilməklə tələbnamənin tarixi və nömrəsi, yaxud tərəflər arasında bağlanmış müqavilənin və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi, borc ödəmələrinə münasibətdə təyinatında borc ödənişi olduğu göstərilməklə tərəflər arasında bağlanmış borc müqaviləsinin tarixi və nömrəsi və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi aiddir.
Qeyd olunan məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergi ödəyicisinə hər belə ödəmə tapşırığına görə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.
Təcrübədə sahibkarlıq subyektləri arasında aparılan hesablaşmalar zamanı müxtəlif təyinatlar (ixtisar edilmiş sözlərdən, müqavilə, razılaşmaya əsasən, verilmiş qaiməyə əsasən və s. qeyri-müəyyən sözlərdən istifadə olunmaqla) qeyd edilməklə ödənişlər həyata keçirilir ki, həmin ödənişlərin hansı dövrün əməliyyatlarına aid olduğu müəyyən edilmir və bu, vergi nəzarəti tədbirləri zamanı çoxsaylı mübahisələrin yaranmasına səbəb olur. Bu baxımdan, qanunvericiliyə edilmiş dəyişikliklərdə vergi ödəyiciləri arasında bank hesabları üzrə aparılan ödənişlərin təkmilləşdirilməsi, həmin sahəyə vergi nəzarətinin artırılması və aparılan əməliyyatların şəffaflığının təmin olunması məqsədilə ödəmə tapşırıqlarının ödənişin təyinatı hissəsində konkret rekvizitlər üzrə məlumatların əks etdirilməsi öz əksini tapıb.
Göründüyü kimi, dəyişiklik vergi ödəyiciləri arasında aparılan hesablaşmalar zamanı ödəniş intizamının artırılmasına və vergi nəzarəti tədbirləri zamanı mübahisəli halların aradan qaldırılmasına şərait yaradacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
13 d. əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
-
- 14 d. əvvəl
-
32 d. əvvəl
ABB 2025-ci ili artan mənfəət və güclənən kapital göstəriciləri ilə başa vurub
-
34 d. əvvəl
Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin
-
1 saat əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
-
1 saat əvvəl
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
-
1 saat əvvəl
Daha 9 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL VERGİLƏRİ ÖDƏMƏYƏCƏKLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
İlham Əliyev “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi
Ən çox oxunanlar
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal

























