SOCAR Türkiyədə yeni şirkət ala bilər
SOCAR Türkiyədə maye yanacaq satışı sektorunda yer almağı planlaşdırır.
"Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu "SOCAR Türkiyə" şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyev bildirib.
O, "Satış sektorunda da yer almaq üçün Petrol Ofisi-nin satışı ilə maraqlandıq. Ancaq qiymət səbəbi ilə çəkildik. Ya yeni şirkət qura bilərik və ya başqa satınalma edə bilərik" deyib.
Qeyd edək ki, SOCAR Türkiyədə Star Neftayırma Zavodunu inşa edir. Zavodun inşası 2018-ci ildə tamamlanacaq. Bundan başqa, SOCAR Türkiyədə neft məhsulları istehsal edən PETKİM-in sahibidir. Şirkət Petkim yarımadasında neft-kimya məhsullarının istehsalı üçün yeni bir layihə üzərində də çalışır. "Yeni layihə "ikinci bir Petkim" ola bilər", - Vaqif Əliyev bildirib.
Xəbər verdiyimiz kimi, Avstriyanın enerji şirkəti OMV-nin 100 faiz səhminə sahib olduğu Petrol Ofisi-ni 1 milyard 368 milyon avroya Hollandiyanın "Vitol Group" şirkətinə satıb. SOCAR və Saudi Aramco şirkətləri də Petrol Ofisi-ni almaq niyyətində idi.
SOCAR 2008-ci ildə Petkimi 2 milyard 40 milyon dollara satın almışdı. Şirkət indiyədək Petkimə 730 milyon dollar da investisiya yatırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
58 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















