Unibanka əlavə maya qoyuldu - MƏBLƏĞ
Unibank nizamnamə kapitalını 5 milyon manat artıraraq 130 milyon 686 min manata çatdırıb.
Bakı Fond Birjasında Unibank KB ASC-nin hər birinin nominal dəyəri 2,72 manat olan, ümumi dəyəri 5 000 001.92 manat məbləğində, 1 838 236 ədəd əlavə buraxılmış sənədsiz səhmlərinin yerləşdirilməsi uğurla başa çatıb.
Bankın yaydığı məlumatda bildirilir ki, bunun nəticəsində “Unibank”ın nizamnamə kapitalı artaraq 130 686 357,60 manata çatıb. Emissiyanın yekunları haqda hesabat artıq Mərkəzi Bank tərəfindən təsdiq olunub. Nizamnamə kapitalının artımı ilə səhmdarların pay bölgüsündə də dəyişikliklər olub.
"Kapitallaşmanın artırılması bankın uğurlu inkişafını dəstəkləmək, sahibkarlıq subyektlərinin maliyyələşmə imkanlarını artırmaq, müştərilərə yeni məhsul və xidmətlərin təqdim edilməsinə xidmət edir. Əlavə kapital qoyuluşu ilə bağlı səhmdarların qərarı ölkəmizdə iqtisadi inkişafın sürətlənməsinə və “Unibank”ın bu inkişafa daha çox töhfə verəcəyinə inamın göstəricisidir" ,- Bankın məlumatında deyilir.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 30 ilə yaxın mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 14 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
2 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
