Bakıda ağacların mühafizəsi üçün xaricdən ekspertlər dəvət ediləcək
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizovun sədrliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, bir sıra alim və mütəxəssislərinin iştirakı ilə müşavirə keçirilib.
İcra Hakimiyyətindən verilən məlumata görə, müşavirədə qeyd edilib ki, artıq bir müddətdir mürəkkəb landşaft və quru iqlimə malik Bakı şəhərinin bəzi ərazilərində xeyli əvvəl əkilmiş şam ağaclarının bir sıra növlərinin quruması baş verir.
Qeyd olunub ki, bu da dövlət qurumlarını, ictimaiyyəti və sakinlərimizi ciddi narahat edir.
Keçirilən müşavirənin də əsas məqsədi Abşeron iqlimi üçün çox əlverişli olan bu ağacların kütləvi qurumasının səbəbləri, xəstəliyin fəsadlarının aradan qaldırılması, onunla mübarizə tədbirlərinin müəyyənləşdirilməsi və birgə tədbirlərin görülməsidir.
Muşavirədə iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, ağacları qurumasına səbəb olan göbələk xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində Nazirlik tərəfindən bu gunə kimi 3000-dən çox bu xəstəliyə yoluxan ağacın kəsilməsi barədə rəy verilib. Həmin rəylər əsasında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları xəstə ağacları kəsərək oduncaqları utilizasiya edib.
Müzakirələrdə çıxış edən alimlər və mütəxəsssislər dünya ölkələrinin praktikasında oxşar halları, o cümlədən qonşu Gürcüstanın da nümunə gətirərək bildirdilər ki, bu xəstəlikdən qurtulmağın yeganə yolu xəstə ağacların kəsilməsi, utilizasiya edilməsi, çıxarılan ağacların yerinin və ətrafdakı ağacların dərmanlanmasıdır.
Müşavirədə bu xəstəliklə mübarizə tədbirləri çəçivəsində bu günədək bir sıra vacib aqrotexniki tədbirlərin həyata keçirilməsi vürğulanmış, bununla yanaşı operativliyin artırılması üçün Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən xəstə ağaclarla bağlı rəy verilməsini, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin isə bu ağacların kəsilərək utilizasiyası işlərinin tezləşdirilməsi ilə bağlı tapşırıqlar verilib. Həmçinin qərara alınıb ki, Bakıda iynəyarpaqlı ağacların mühafizəsi məsələlərinin müəyyənləşdirilməsi üçün xaricdən ekspert dəvət edilsin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 52 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
3 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
3 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Ən çox oxunanlar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"







.jpg)









.jpg)





