Azərbaycanda inflyasiyanın sürəti əhalinin gəlirlərinin artması tempini kəskin üstələyib
Əhalinin gəlirləri nominal ifadədə 2,5 faiz, qiymətlər isə 6,2 faiz artıb.İlkin məlumatlara görə, 2021-ci ilin yanvar-noyabr aylarında ölkə əhalisinin nominal gəlirləri 51 milyard 619,3 milyon manat və ya hər nəfərə orta hesabla 5 min 153,3 manat təşkil etmişdir.
2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri nominal ifadədə 2,5 faiz artıb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 46 milyard 209,4 milyon manatlıq vəsait qalmışdır.
2021-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artaraq 722,9 manat təşkil etmişdir. Əməkhaqqı neft-qaz sektorunda 3 min 157,3 manat, qeyri neft-qaz sektorunda 674,0 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 641,5 manat, özəl müəssisələrdə isə 819,3 manat olmuşdur.
2021-ci ilin noyabr ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) oktyabr ayı ilə müqayisədə 1,5 faiz, 2021-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 6,2 faiz artıb.
Cari ilin noyabr ayında istehlak qiymətləri indeksi ötən ilin noyabr ayına nisbətən 11,1 faiz artıb.
2021-ci ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi ötən ilin noyabr ayına nisbətən 14,9 faiz artıb.
Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi 2021-ci ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə 0,9 faiz, 2021-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 3,9 faiz artıb.
2021-ci ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi oktyabr ayı ilə müqayisədə 1,9 faiz, 2021-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 7,4 faiz artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 34 d. əvvəl
-
- 40 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
15 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
15 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
Ən çox oxunanlar
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb






















