SOCAR-AQŞ Amerika Neft İnstitutunun sertifikatına layiq görülüb
23 may 2017-ci il tarixində SOCAR-AQŞ Azərbaycanda fəaliyyət göstərən qazma müəssisələri arasında ilk olaraq API komitəsi tərəfindən API Spec Q2 sertifikatına layiq görülmüşdür. Bu barədə “Marja”ya SOCAR-AQŞ şirkətindən bildirilib.
“Bu nailiyyət müəssisəmiz üçün böyük əhəmiyyət kəsb edir və gələcək inkişafımız istiqamətində yeni imkanlar yaradır”,- məlumatda qeyd olunur.
Qeyd edək ki, Amerika Neft İnstitutu (API) 1924-cü ildən etibarən dünya miqyasında neft və qaz sənayesinə aid olan standartların yaradılması və tətbiqi sahəsində aparıcı rol oynayır. API-ın neft-qaz sənayesinin bütün seqmentlərində fəaliyyət göstərən 600-dən çox korporativ üzvü var.
SOCAR-AQŞ 2015-ci ilin aprel ayından etibarən müəssisədə API Spec Q2 standartının tətbiqi və sertifikatlaşdırılması layihəsinə start vermişdir. Keyfiyyət İdarəetmə Sistemi üzrə tətbiq edilən bu standart neft və qaz sənayesində xidmət göstərən müəssisələr üçün tələbləri müəyyənləşdirir.
Müəssisənin İdarəetmə Sistemləri şöbəsinin müdiri Zaur Fərzəliyev bildirib ki, SOCAR-AQŞ API Spec Q2 sertifikatına layiq görülməklə yeni inkişaf mərhələsinə qədəm qoyub:
“Standartın tətbiqi ilə bağlı işçi heyətimiz əzmlə çalışıb. Müəssisədə həyata keçirilən bütün prosesləri standartın tələblərinə uyğun hazırlamağa müvəffəq olduq və API auditorlarının həyata keçirdiyi 2 mərhələli yoxlamalardan uğurla keçdik.
Sevindirici haldır ki, milli qazma müəssisələri arasında ilkə imza ataraq müvafiq sertifikata layiq görüldük. SOCAR-AQŞ-nin bu uğuru beynəlxalq bazarlara çıxış imkanımızı artırmaqla bərabər rəqabətədavamlılıq göstəricimizi daha da yüksəldir.
Əsas işimiz standartın tətbiqi ilə yanaşı onu işlək vəziyyətdə saxlamaq və davamlı təkmilləşdirmək olacaq’’.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























