Energetika naziri Səudiyyə Ərəbistanı Milli Şirkətlərin Təşviqi Proqramının baş direktoru ilə görüşüb
Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının Milli Şirkətlərin Təşviqi Proqramının baş direktoru Bədr Əl Bədr ilə görüşüb. Görüşdə ölkəmizin enerji sektorunda mövcud və gələcək investisiya imkanlarına dair fikir mübadiləsi aparılıb.
Görüş Səudiyyə Ərəbistanın İnvestisiya Nazirliyinin, İnvestisiya İdarəsinin və Milli Şirkətlərin Təşviqi Proqramının nümayəndələrindən ibarət heyətlə geniş formatda davam etdirilib. Energetika nazirinin müavini Kamal Abbasovun iştirakı ilə keçirilən görüşdə Azərbaycanın neft-qaz yataqları, qlobal əhəmiyyətli enerji nəqli layihələri, “yaşıl enerji” potensialı, sahəyə özəl investisiyaların cəlbi məqsədi ilə hərracların keçirilməsi, habelə digər strateji hədəflər və planlar haqqında məlumat verilib. Həm neft və qaz layihələri üzrə, həm də bərpa olunan enerji, o cümlədən dənizdə külək enerjisi və su üzərində quraşdırılan günəş enerjisi layihələri üzrə investisiya əsaslı əməkdaşlıq məsələləri müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 59 d. əvvəl
-
1 saat əvvəl
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxladı - VİDEO
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Kristal” şirkəti kabel üzrə qlobal liderlərdən biri ilə memorandum imzaladı
-
4 saat əvvəl
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
-
4 saat əvvəl
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Unibankda yeni təyinat olub
Ələt azad iqtisadi zonasında “BioPharmax” layihəsi - müxtəlif tibbi məhsulların istehsalı nəzərdə tutur
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
Ən çox oxunanlar
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbulu planı
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Dekabrın 26-da gözlənilən hava şəraiti
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib





















