Kür çayının sahilində “ASAN xidmət”in binası inşa edilir
“ASAN xidmət” Salyanda da göstəriləcəkSalyan şəhərində - Kür çayının sahilində “ASAN xidmət”in binası inşa edilir.
Olimpiya İdman Kompleksi ilə yanaşı tikilən bu bina təyinatından əlavə, əraziyə xüsusi gözəllik qatacaqdır. “ASAN xidmət”in fəaliyyətinə gəldikdə isə o, Azərbaycanın brendlərindən biri kimi şöhrət tapmışdır. Vətəndaşlar onun süründürməçilikdən uzaq, operativ, təmənnasız xidmətindən razılıq edirlər. Təsadüfi deyil ki, bir sıra ölkələr bu qurumun fəaliyyətini yüksək dəyərləndirərək özlərində də tətbiq etmək arzusunda olduqlarını bildirmişlər.
Salyanda inşa olunan “ASAN xidmət”in tikintisində indi qızğın iş gedir. Dördmərtəbəli binanın mərtəbələrində blokla arakəsmə işləri aparılır, həyətində fəvvarə quraşdırılır. Obyektin həyətinə daxil olarkən buradakı səliqə-sahman diqqət çəkir. Tikinti materialları səliqə ilə ayrı-ayrı yerlərə yığılıb, daşınıb gətirilən torpaq yayılaraq həyətdə relyef bərabərliyi yaradıb. Bir azdan buraya müxtəlif növ dekorativ ağaclar əkiləcək, yaşıllıqlar salınacaq.
Tikintidə işlərin gedişinə nəzarət edən Elvin Məmmədlidən öyrəndik ki, obyektin layihəsi “M.D.M.” MMC, podratçısı isə “DİADEM” QSC-dir.
Hazırda tikintidə təxminən 30 nəfər çalışır. Bənnalardan Kamal Həsənov, Mahmud Sadıqov, qəlibçi Emin Şahbazov, fəhlələrdən Fuad Nuriyev və başqaları işin kəmiyyəti ilə yanaşı, keyfiyyətinə də xüsusi diqqət yetirirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)















.jpg)