"Avropada ilin avtomobilləri" açıqlandı - 7 modeldən 6-sı elektriklidir

Daxili yanma mühərrikli avtomobillərin erasının başa çatmaq üzrə olduğunu həm də "Avropada ilin avtomobili" (“İlin avtomobili-2022”, Car of the Year-2022) müsabiqəsi çərçivəsində keçirilən səsvermənin nəticələri də sübut edib.
Marja xəbər verir ki, mütəxəssislərdən ibarət münsiflər heyətinin seçdiyi finalçılardan yalnız biri ənənəvi yanacaqla işləyən avtomobildir. Yeddi finalçıdan dördü Avropa, ikisi Koreya, biri isə Amerika markasıdır.
Müsabiqənin internet saytındakı siyahıya əsasən Cupra Born, Ford Mustang Mach-E, Hyundai Ioniq 5, Kia EV6, Peugeot 308, Renault Megane E-Tech və Skoda Enyaq iV finala yüksəlib. Onların arasında yeganə elektriksiz avtomobil Peugeot 308-dir ki, o da bu ilin mart ayından şarj olunma xüsusiyyəti, həmçinin hibrid güc aqreqatları ilə birlikdə satılır.
Kia EV6, Hyundai Ioniq 5, Ford Mustang Mach-E, eləcə də Skoda Enyaq iV, Cupra Born və Renault Megane E-Tech modellərinə gəldikdə isə, bunların hamısı tamamilə elektrikli avtomobillərdir.
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 11 saat əvvəl
-
11 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
