ABŞ birjalarında əsas indekslər koronavirusun yeni ştammı ilə bağlı xəbərlər fonunda düşür
Nyu-York Fond Birjasında ticarət, Cənubi Afrikada yeni, potensial təhlükəli koronavirus ştammının ortaya çıxması ilə bağlı xəbərlər fonunda əsas indekslərin azalması ilə açılıb.
Marja.az xəbər verir ki, ticarətin ilk dəqiqələrində S&P 500 1,4%, Dow Jones Industrial Average 2,3%, Nasdaq İndeksi isə 0,9% geriləyib.
WTI markalı xam neftin yanvar fyuçerslərinin dəyəri 7,05% düşərək 72,92 dollar/barelə bərabər olub.
Noyabrın 22-də Afrikanın cənubunda aşkar edilmiş yeni B.1.1.529 koronavirus ştammı haqqında məlumat GISAID beynəlxalq məlumat bazasına daxil edilib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cümə günü fövqəladə iclas keçirməyi qərara alıb. Yeni ştamla bağlı son məlumatların ictimaiyyətə açıqlanacağı bildirilib.
ÜST, əhalinin sıx məskunlaşdığı Cənubi Afrikanın Gauteng əyalətində koronavirus infeksiyasının sürətlə yayılması ilə bağlı məlumatlardan narahatdır, bu da yeni ştamın yüksək yoluxuculuğunu göstərə bilər. Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika və Afrikanın cənubundakı digər dövlətlərlə uçuşları dayandırdıqlarını elan ediblər.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
41 d. əvvəl
"Qarabağ" yatağının işlənməsi üçün yaradılmış əməliyyat şirkəti ləğv olunur
- 49 d. əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
13 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Tramp Qrenlandiya ilə bağlı gömrük vergilərinin tətbiq edilməyəcəyini açıqladı, qızılın qiyməti düşdü
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
Trampdan Davosda mühüm açıqlamalar
Ən çox oxunanlar
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur




















