"Dreamliner" təyyarələrinin qlobal tədarükü 1 ildə çox ləngiyir
Xüsusilə koronavirus pandemiyasından sonrakı daşıma bazarının bərpası üçün lazım ola biləcək ümumi dəyəri təxminən 20 mlrd. ABŞ dolları təşkil edən 100-dən çox geniş gövdəli "Boeing 787 Dreamliner" təyyarəsinin tədarükündə gecikmə artıq 13 ayı keçib – sonuncu təyyarə müştəriyə 2020-ci ilin oktyabrında təhvil verilib.
Bu barədə "Bloomberg" agentliyi "Air Lease Corp" lizinq şirkətinin hesablamalarına istinadən xəbər verir.
Bu vəziyyət müxtəlif tipli "Boeing" təyyarələrində daim yeni texniki qüsurların aşkarlanması və tənzimləyici (Federal Aviasiya Administrasiyası – FAA) tərəfindən yoxlamaların sərtləşdirilməsi fonunda formalaşıb. Əvvəllər FAA diqqəti iki dəfə qəzaya uğramış və hazırda uçuşlara icazə alan "Boeing 737 MAX" təyyarələrinə yönəltmişdi.
Məlumata görə, "Boeing"in müştəriləri 2021-ci ilin əvvəlində müqaviləyə əsasən almalı təyyarəni gələn ilin yayınadək qəbul etməyəcəklərindən ehtiyat edirlər. Bu cür mülahizələr "Boeing" təyyarələrində aşkar edilən hər bir qüsurun əlavə bürokratik xərclərə səbəb olması fonunda ifadə edilir.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 saat sonra
-
-
9 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
17 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 18 saat əvvəl
-
18 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
20 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)





.jpg)






