"Qoldenpey" şirkətinin “E-Bacarıqlar” adlı təlimləri yekunlaşdı
(®) GoldenPay/Hesab.az şirkəti gənc nəslin maarifləndirilməsi məqsədilə 19 Oktyabr – 5 Noyabr aralığında “E-Bacarıqlar” adlı layihə keçirdi. Azərbaycanda onlayn ödənişlər sahəsində lider olan şirkət, gənclərin bu sahə haqqında məlumatlı olmalarının əhəmiyyətini vurğulayaraq mütəmadi olaraq müxtəlif təlim və seminarlar keçirir.
Bu layihə çərçivəsində Asan Könüllüləri, SABAH qrupu və ADA Universitetinin tələbələrinə “E-Bacarıqlar” adlı silsilə təlimlər həyata keçirildi. Ümumilikdə 300 nəfərə yaxın iştirakçının qatıldığı seminarlarda şirkət əməkdaşları tərəfindən “Kiber Təhlükəsizlik: Virtual aləmdə necə davranmalıyıq?!”, “Layihələrin idarə edilməsi”, “Fərdi İnkişaf Strategiyası”, “Proqramlaşdırma texnologiyaları və sistem dizayn”, “UI/UX Dizayn nədir?”, “İnformasiya sistemlərinin strukturu və qurulması”, “React JS nədir?” mövzularına toxunuldu və təlim iştirakçılarının sualları cavablandırıldı.
Layihənin əsas məqsədi gəncləri məlumatlandırmaq və onlara praktiki biliklər ötürmək, həmçinin gələcək peşə seçimlərində istiqamətləndirmək olmuşdur. Təlim sonrası bütün iştirakçılar sertifikatla təltif edilmişdir.
Qeyd edək ki, GoldenPay/Hesab.az gələcəkdə də oflayn, yaxud onlayn formada təlimlər keçirməyi planlaşdırır.
GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti və kampaniya haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın rəsmi sosial media səhifələrindən əldə etmək olar.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır













.jpg)









