“Qoldenpey” və Asan Könüllülük Məktəbi Şəhid ailələri üçün “Zəfər” xeyriyyə layihəsi keçirib
(®) Ölkənin ilk onlayn xidmətlər platforması, Goldenpay/Hesab.az və Asan Könüllülük Məktəbinin təşkilatçılığı ilə Vətən müharibəsinin 1 illik tarixi münasibətilə Şəhid ailələrinə dəstək məqsədli layihə baş tutdu.
Vətənimizin müdafiəsində şücaət göstərmiş Qəhrəmanlarımızın əziz xatirəsini yad etmək məqsədilə İsmayıllı, Qəbələ və Oğuz rayonlarında Şəhid ailələrinə dəstək göstərildi. Belə ki, 600 mindən çox istifadəçisi olan GoldenPay/Hesab.az, istifadəçilərinə də xeyriyyə kampaniyasında iştirak etmək üçün şərait yaratdı. 1-7 Noyabr tarixlərində keçirilən kampaniyaya əsasən, Hesab.az-da Bonus toplayan istifadəçilər Bonuslarını Şəhid ailələrinə yardım aksiyası üçün ianələr etdilər.
Aksiyanın yekunlaşması ilə GoldenPay/Hesab.az rəhbərliyi və Asan Könüllülük Məktəbinin əməkdaşlarının iştirakı ilə İsmayıllı, Qəbələ və Oğuz rayonlarında Böyük Vətən müharibəsi Şəhid ailələrinə ərzaq sovqatı paylanıldı. Bu minvalla 93 Şəhid ailəsi ziyarət edildi və Qəhrəmanlarımızın əziz ruhu yad edildi.
GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti və kampaniya haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın rəsmi sosial media səhifələrindən əldə etmək olar.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
5 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq



















