“Başlıca çağırış ölkə iqtisadiyyatının neftdən asılılığını sıfıra endirməkdir”
“Sosial sığorta yığımlarında şəffaflığın yaranması və Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi fəaliyyət nəticəsində DSMF-nin büdcədən asılılığı xeyli dərəcədə azalmaqdadır”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, 2022-2026-cı illər üçün sosial strategiya sənədi hazırlanıb və təqdim edilib:
“Başlıca çağırış ölkə iqtisadiyyatının neftdən asılılığını sıfıra endirməkdir. Bunun üçün iqtisadiyyatda adekvat mühit yaradılması nəzərdə tutulur. Məhz bu ideologiyadan çıxış edərək cari ildə Baş nazirin rəhbərliyi altında yaradılmış işçi qruplarda yüksək səviyyəli yerli və beynəlxalq ekspertlərin iştirakı ilə müzakirələr keçirilib. Bunun üçün ölkə iqtisadiyyatının bütün sahələrində strateji hədəflər və bu hədəflərə çatmaq üçün plan müəyyən edilib. Strategiyanın maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin həcmi 20 milyard manata yaxındır. Növbəti ilin dövlət büdcəsi yeni strateji ilin ilk büdcəsidir”.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 39 d. əvvəl
-
- 52 d. əvvəl
-
2 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























