İri şirkətlər qrupu əsgər və zabitlərə 23 min qida bağlamaları təqdim edib
PAŞA Qrup şirkətləri korporativ sosial məsuliyyət yönümlü fəaliyyətlərinə davam edirlər.
Qrupun yaydığı məlumatda bildirilir ki, 8 Noyabr - Zəfər Günündə PAŞA Holding və Bravo marketlər şəbəkəsi, hazırda işğaldan azad edilmiş ərazilərdə olan əsgər və zabitlərə qida bağlamaları təqdim edib.
Sözügedən fəaliyyət çərçivəsində bağlamalar, Ağcabədi, Ağdam, Göranboy, Qubadlı, Cəbrayıl, Xocavənd, Kəlbəcər və Laçın rayonları, eləcə də Şuşa şəhərinə göndərilib. Qeyd edək ki, ümumilikdə bağlamaların sayı 23,000 pay təşkil edib.
PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımov vurğulayıb ki, fəaliyyət göstərdikləri ölkələrə dəstək, PAŞA Qrup şirkətlərinin KSM strategiyasının əsas fokuslarındandır. “Həm işğaldan azad edilən ərazilərin bərpasına töhfə vermək, həm müharibə zamanı maddi-mənəvi zərər çəkən ailələrə dəstək göstərmək, həm də torpaqlarımızın azad edilməsində birbaşa rolu olan və hazırda bu torpaqların keşiyində duran əsgər və zabitlərə mənəvi dayaq olmaq bizim üçün prioritetdə olan məsələlərdir”, - deyə C. Qasımov bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
5 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq
















