Xalq Bankda AniPay ilə ödə və qazan!
(®) Ölkədə nağdsız ödənişlərin stimullaşdırılmasına dəstək məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təşkil edilən “AniPay ilə ödə və qazan!” stimullaşdırıcı lotereyasına start verilir.
1-30 noyabr 2021-ci il tarixlərdə fiziki şəxslər Xalq Bankda Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə köçürmələr etdikdə lotereyanın iştirakçısına çevrilərək 100 AZN qazanmaq şansı əldə edəcəklər.
Belə ki, bu dövr ərzində minumum 5 AZN məbləğində köçürmə edən hər bir fiziki şəxs qeyd olunan lotereyada iştirak etmək hüququnu qazanır. Qeyd edək ki, aparılan hər bir əməliyyat bir şansa bərabərdir. İstifadəçinin öz hesabları arasında apardığı və ya ləğv etdiyi əməliyyatlar lotereyada iştirak etmir. Uduş fondu 10 dekabr 2021-ci il tarixdə oynanılacaq.
Həmçinin, məlumat üçün bildirmək istərdik ki, 31 dekabr 2021-ci il tarixədək Xalq Bankda fiziki şəxslərdən AÖS vasitəsilə köçürmələr pulsuz icra ediləcək!
Ani Ödənişlər Sistemi vasitəsilə ölkə daxilində manat köçürmələrini hesabdan-hesaba ani icra etmək mümkündür. Sistemə qoşulmaqla fiziki şəxslər telefon nömrəsi, elektron poçt ünvanı və ya FİN-kod kimi identifikasiya vasitələri ilə daha sürətli və rahat köçürmələr həyata keçirə bilirlər.
Bankın digər məhsulları haqqında ətraflı məlumatı Bankın rəsmi Facebook, Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən almaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
37 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 48 d. əvvəl
-
48 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN





















