"Elektrik enerji doldurucularının satışı da ƏDV-dən azad edilməlidir"
“Elektrik mühərrikli avtomobillərin istehsalı və yayılmasını təşviq ediriksə, eyni zamanda elektrik enerjisinin doldurulması məntəqələrinin tikilməsini də təşviq etməliyik”.
Bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı komitənin sədri Tahir Mirkişili bildirib.
T. Mirkişili deyib ki, bunsuz elektrik mühərrikli avtomobillərlə bağlı atılan adımın heç bir effekti yoxdur: “Xəritəyə baxsaq, regionda elektrik enerji doldurma məntəqələrinin ən az yayıldığı ölkələrdən biriyik. Digər tərəfdən, elektrik enerji doldurucularının idxalını ƏDV-dən azad edilməsini müsbət qarşılayırıq, lakin onların satışı nə üçün ƏDV-dən azad edilmir? İdxaldan azad edib, satışdan azad etməmək o deməkdir ki, biz ikinci əl bazarının yaranmasına imkan veririk”.
Qeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalının 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
53 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
54 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib





.jpg)









.jpg)









