“AVT Logistika” yeni logistika mərkəzinin inşasına başlayıb
“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “AVT Logistika” MMC 2015-ci ildə qrupa daxil olan şirkətlərin istehsal və idxal etdiyi malların logistikasının həyata keçirilməsi məqsədilə yaradılmışdır.
48,000 m2-lik qapalı anbar sahəsinə və 87,000 palet tutumuna malik “AVT Logistika” MMC Qafqazın ən böyük anbarı olmaqla ölkənin gündəlik istehlak mallarına olan tələbatının böyük bir qismini təmin edir. Şirkət sahib olduğu 500-dən çox nəqliyyat vasitəsi (200 ədəd xüsusi soyuducu sisteminə malikdir) ilə aylıq 2 milyon km-dən çox məsafə qət etməklə, 15,000-dən çox satış nöqtəsinə sifarişlərin vaxtında çatdırılmasını həyata keçirir.
-18°C-dən +23°C-yə qədər rejimdə təzə/dondurulmuş/soyudulmuş qida məhsulları və digər növ qida və qeyri-qida məhsullarının saxlanması, sifariş üçün hazırlanması, paketlənməsi, etiketlənməsi, paylanma və qaytarma əməliyyatları şirkətdə çalışan 2,200-dən çox əməkdaş tərəfindən həyata keçirilir.
“AVT Logistika” MMC yerli məhsullarla yanaşı bir çox ölkədən mal idxalı, həmin malların saxlanılması və çatdırılması prosesini tamamilə həyata keçirir. Bu isə şirkətə bazara uyğun əlverişli qiymət strategiyasını həyata keçirməyə imkan verir.
Şirkət 2021-ci ildən etibarən əlavə 300 mağazaya xidmət göstərməklə müştərilərin keyfiyyətli məhsul ilə bağlı seçim imkanını artırmışdır. Bu il 10,432 m² sahəyə malik yeni təzə və dondurulmuş logistika mərkəzinininşasına başlanılmışdır. Təzə və dondurulmuş məhsulların, meyvə-tərəvəz məhsullarının keyfiyyətlə saxlanılmasına imkan verəcək yeni mərkəzin 2022-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Anbarların sistemli şəkildə idarə olunması üçün qabaqcıl proqram təminatlarından və texnologiyalardan istifadə olunur və nəticədə aşağıdakı üstünlüklər əldə edilir:
- Anbar daxilində gedən bütün prosesləri, həmçinin daşımanı həyata keçirən nəqliyyat vasitələrini izləmək və vaxtında müdaxilə etmək;
- Minimal resursla, kağızsız, yalnız barkod ilə əməliyyatları xətasız icra etmək;
- Əlavə müdaxilə olmadan sistem üzərindən hesabatlar çıxarmaq;
- Bütün əməliyyatların qeydiyyatını və performans dəyərləndirilməsini aparmaq.
Keyfiyyətli xidmətlə yanaşı, əməkdaşlarının inkişafı da “AVT Logistika” MMC-nin prioritetlərindən biridir. Şirkətdə uzun müddətli karyera üçün şərait yaradılır, mütəxəssis olaraq işə başlayan əməkdaşlar lider olaraq yetişir və yüksək vəzifələrə təyin olunurlar. Qeyd edək ki, anbar əməkdaşlarının ixtisasının artırılması məqsədilə bu ilin əvvəlindən "Fəhlədən mütəxəssisə" proqramına start verilmişdir. Proqram çərçivəsində fəhlə kateqoriyasına daxil olan əməkdaşlara potensiallarına və maraq dairələrinə uyğun peşələrə yiyələnmələri üçün təlimlər verilmişdir.
“AVT Logistika” MMC ixtisaslı peşə yönümünün inkişafına töhfə vermək məqsədilə müvafiq peşə məktəbləri ilə tərəfdaşlıq edir, məzunların şirkətdə istehsalat təcrübəsi keçməsinə və gələcəkdə işlə təmin olunması üçün şərait yaradır.
Müştərilərin xəbərləri
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ
-
5 saat əvvəl
2026-cı ilin birinci rübündə sənaye zonalarında istehsalın həcmi 883 milyon manata çatıb
-
5 saat əvvəl
Sumqayıt Sənaye Parkında yeni şirkət - 16,3 milyon manat olan layihə həyata keçiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
-
7 saat əvvəl
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair yeni Dövlət Proqramı təsdiq edilib
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
Azercell-dən HONOR smartfonlarına xüsusi kampaniya
bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşlidə "maksimum neftvermə" üçün yeni texnologiya tətbiq edib
Süni intellekt hakatonunun qalibləri elan edilib
"Ənənəvi suvarma üsullarından imtina edilməsi, damcı və pivot texnologiyalarının tətbiqinin genişləndirilməsi müasir dövrün çağırışlarından biridir"
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
"Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur. Ət istehsalı istehlakını qarşılaya bilmir"




















.jpg)

