Türk lirəsi "Günəş görən qar kimi əriyir"
Türkiyə Mərkəzi Bankının proqnozdan daha çox faiz endirimi etməsilə dollar/TL məzənnəsi yüksəlir və bu gün 9.85-i görərək rekord qırıb. Avro isə 11,47 lirəyə qədər yüksəlib.Türk Lirəsi (TL), Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı Pul Siyasəti Komitəsinin yığıncağında pul siyasəti faizini 18%-dən 16%-ə endirməsinin və Prezident Tayyib Ərdoğanın açıqlamasının ardından dəyərdən düşməkdə davam edir.
Marja xəbər verir ki, Türk Lirəsi bu gün təxminən 1,5% də dəyərdən düşüb və Dollar/TL məzənnəsi 9,85 səviyyəsini görüb.
Bakı vaxtı ilə saat 08:45-də Dollar/TL məzənnəsi 9,74 səviyyələrində olub.
Mərkəzi Bank 21 oktyabr 2021-ci il tarixində faizini aşağı saldıqdan sonra Türk Lirəsi təxminən 10% dəyərdən düşüb.
Ərdoğan 10 səfirə sərt reaksiya verib
Bazar oyunçuları, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 10 ölkənin səfirinə dair açıqlamasını yaxından izləyib.
ABŞ, Almaniya və Fransa da daxil 10 ölkənin Ankaradakı səfirinin 18 Oktyabrda Osman Kavalanın sərbəst buraxılması üçün etdiyi çağırışa toxunan Ərdoğan, bunları söyləyib:
"Yatırlar, qalxırlar, Kavala, Kavala… Kavala dediyin, Sorosun Türkiyə şöbəsidir. 10 səfir onun üçün Xarici İşlər Nazirliyinə gəlib. Burada Xarici İşlər Nazirliyinə gəlib təlimat vermək kimi bir hərəkət bilməzsiniz".
Ərdoğan, bu səfirlərin "istənməyən şəxslər" elan edilmələri üçün Xarici işlər Naziri Mevlüt Çavuşoğluna təlimat verdiyini açıqlayıb:
"Lazımlı təlimatı mən də Xarici işlər nazirimizə verdim. Nə etməsi lazım olduğunu söylədim. "Bu 10 səfirin tezliklə istənməyən adam elan edilmələrini dərhal həll edəcəksiniz" dedim. Bunlar Türkiyəni tanıyacaqlar. Türkiyəni bilmədikləri, anlamadıqları gün buranı tərk edəcəklər."
Xarici banklardan Türk Lirəsi üçün bədbin proqnozlar
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) 2 bənd faiz endiriminin ardından xarici banklar 2021-ci ilin sonuna Dollar/TL məzənnəsi proqnozlarını yeniləyirlər.
Banklar il sonu dollar proqnozularını 9,80 və 10,50 TL arasındakı rəqəmlərə dəyişiblər.
Böyük Britaniya bankı HSBC il sonu dollar/TL proqnozunu 8,65-dən 9,80-nə, 2022-ci ilin sonu təxminini isə 8,80-dən 10,70-ə yüksəldib.
Fransa bankı Societe Generale, 2021-ci il il sonu üçün dollar/TL proqnozunu 9,80-dən 10,30-a dəyişib.
İngiltərə bankı Barclays, 2021-ci ilin sonu üçün proqnozunu 9,70 TL olaraq müəyyən edib.
İtaliya bankı Unicredit isə il sonu dollar/TL proqnozunu 9,30-dan 10,50-yə qaldırıb və 2021-ci ilin sonunda Türkiyə Mərkəzi Bankının faizinin 14% təşkil edəcəyini gözlədiklərini açıqlayıb. Hazırda Türkiyə Mərkəzi Bankının faizi 16%-dir.
Ərdoğana görə, yüksək inflyasiyanın səbəbi yüksək faizdir.
Bir müddət əvvəl Türkiyə Preidenti Rəcəb Tayyib Ərdoğan Mərkəzi Bankın Pul Siyasəti Komitəsinin 3 üzvünü vəzifəsindən azad edib, onlardan 2-sinin yerinə təyinat olub, 1 üzv yeri isə boşdur. Məlumata görə, vəzifədən azad olunan 3 üzv Ərdoğanın "yüksək inflyasiyanın səbəbi yüksək faizdir" fikirinə qarşı çıxırlarmış. Ərdoğan bu şəxslərdən də xilas olub, bu səbəbdən Mərkəzi Bankın faiz azaltmaqda davam edəcəyi gözlənilirdi. Ənənəvi qaydaya görə, inflyasiya yüksələn zaman mərkəzi banklar faiz artırırlar. Mərkəzi Bank faizini yüksəldən zaman inflyasiya aşağı düşür. Türkiyə Mərkəzi Bankı ənənəvi siyasətin əksinə olaraq, inflyasiyanın artdığı bir dövrdə faizini aşağı salır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 21 saat əvvəl
-
21 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
21 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
22 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub






















