Avropada qazın qiymətində yeni tarixi rekord
Oktyabrın 1-də ticarətin açılışında Avropada təbii qazın qiyməti yenidən tarixi rekordu qırıb və 1000 kubmetr üçün 1200 dollara yaxınalaşıb.
Marja xəbər verir ki, bu, ICE birjasının məlumatlarından məlum olur.
Noyabr fyuçersləri oktyabrın 1-də ticarətin açılışında ilk dəfə olaraq MWh başına 100 avroya və ya 1000 kubmetr üçün 1199,44 dollara çatıb.
Bu qədər kəskin artımın səbəblərindən biri, Yamal-Avropa qaz boru kəməri ilə qaz axınının bu səhər təxminən üç dəfə azalması ola bilər.
Bu həftənin əvvəlində Avropada qazın qiyməti tarixdə ilk dəfə olaraq 1000 kubmetr üçün 1000 dolları, dünən də 1100 dolları keçib.
Bir neçə gün öncə Rusiyanın "Gazprom" şirkətinin sədri Aleksey Miller bildirib ki, Avropanın yeraltı anbarlarına qazın vurulmasının gecikməsi və qaza artan tələbat ilə əlaqədar olaraq qaz qiymətləri rekord qırır və rekordlar davam edəcəkdir.
Qış mövsümünün yaxınlaşması, tədarük çətinlikləri, Asiyada mayeləşdirilmiş təbii qazın (LNG) bahalşaması və buna görə LNG-nin daha çox Asiyaya satılması da Avropada qazı bahalaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)








