Azərbaycanda kompressorların ehtiyat hissələri istehsal ediləcək – RUSİYA ŞİRKƏTİLƏ RAZILAŞMA
Əsas tənzimləyici orqanlar tərəfindən aparılmış hərtərəfli akkreditasiya və sertifikasiyadan sonra neft-qaz yataqlarında əməliyyatlar həyata keçirən və avadanlıqlara texniki xidmətlər üzrə aparıcı şirkət olan Glensol artıq Azərbaycanda strateji ehtiyat hissələrinin yerli istehsalçısı kimi də fəaliyyət göstərəcək.
Nobel Oil Services şirkətindən Marja-ya daxil olmuş məlumata görə, bu əhəmiyyətli nailiyyət, kompleks qazvurma qurğularının, onların modul və sistemlərinin istehsalı da daxil olmaqla əsas fəaliyyətini hərtərəfli mühəndis-layihələndirmə həlləri üzərində cəmləşdirən Rusiyanın ağır sənaye nəhəngi RUMO şirkəti ilə əldə olunan razılaşma nəticəsində əldə edilmişdir. Razılaşmaya əsasən Glensol şirkəti ehtiyat hissələrinin lisenziyalaşdırılmış yerli istehsalçısı kimi fəaliyyət göstərəcək.
Lisenziya sazişinin bir hissəsi olaraq Glensol şirkəti 10 QKN, 10 QKNAM, 10 QKNA porşenli qaz kompressorlarını və kompleks mühərrik-kompressoru yığacaq və kompressorlara aid müxtəlif ehtiyat hissələrini istehsal edəcək. Şirkət bu işləri Azərbaycanda yerləşən, istismar öncəsi geniş çeşidli sınaqlar aparmaq üçün nəzərdə tutulan laboratoriyalar ilə təchiz edilmiş, müasir tələblərə cavab verən öz kompleks emalatxanasında görəcək.
Məlumatda qeyd edilib ki, Glensolun müştəriləri üçün bu, işləri daha çevik və səmərəli şəkildə görməyə şərait yaradacaq belə ki, onların loqistika xərcləri daha az olacaq və tələb olunan məhsulların istehsalına daha az vaxt sərf etməklə daha sürətli çatdırılmasına imkan verəcək. Yerli istehsalçı ilə işləmək həm də o deməkdir ki, Glensol şirkəti ilə bilavasitə qurulan təmas sayəsində müştərilər mümkün problemlər haqqında həmin çətinliklər meydana gəldikdə dərhal məlumatlandırılacaq və problemlərin aradan qaldırılması üçün tez bir zamanda həll yolları tapacaq. Bu, hasilat sürətini yuxarı templə aparmağa və məhsulun bütün keyfiyyət standartlarına cavab verməsini təmin etməyə kömək edəcək.
Məlumatda bildirilib ki. bu əhəmiyyətli nailiyyəti qazanmaq üçün Glensol şirkəti uzun bir yol keçmişdir. Ötən 10 il ərzində şirkət özünün fiziki aktivlərinə və əməkdaşlarının peşəkarlığının artırılmasına davamlı şəkildə investisiya etmişdir ki, bu da əsas yerli və beynəlxalq alıcılar tərəfindən öz təsdiqini tapmışdır. Glensol şirkəti özünün keyfiyyətin idarə edilməsi sistemini işləyib hazırlamış və mütəmadi olaraq təkmilləşdirmiş və bütün qurğu və avadanlıqların və göstərdiyi xidmətlərin əsas normativ sənədlərin tələblərinə uyğun olmasını təmin etmişdir.
Glensol şirkətinin baş direktoru Tamerlan Əliyev: “Əldə edilən bu əhəmiyyətli nailiyyət, infrastruktur, potensial və bacarığımızın inkişafı əsasında Glensol şirkətinin gördüyü işləri daim təkmilləşdirməsi nəticəsində mümkün olmuşdur. Bu, həm Glensol şirkətinin yerli və beynəlxalq müştərilərinə yüksək keyfiyyətli xidmət və məhsulları təqdim etmək üzrə təsdiqlənmiş bacarıq və potensialının həm də Azərbaycanda yerli şirkətlərin inkişafına dəstək vermək üçün şirkətin daima göstərdiyi səylərinin göstəricisidir.
Qeyd edək ki, Nobel Oil Services şirkətinin neft-mədən işləri həyata keçirən və avadanlıqlara texniki xidmət göstərən törəmə müəssisəsi olaraq 2012-ci ildə yaradılmış Glensol şirkəti, yerli və beynəlxalq neft-qaz şirkətlərini fırlanan avadanlıqlarına, o cümlədən turbokompressor avadanlıqlarına xidmətlərin göstərilməsi, nəzarət vasitələri, istismar və texniki qulluq üzrə xidmətləri ilə təmin edən etibarlı təchizatçıdır.
Şirkət hərtərəfli klapan, üst ötürücü sistemi (top drive), nasos, elektrik mühərriki və generatorlara xidmətlər daxil olmaqla geniş çeşidli xidmətlər göstərən, regionda yeganə “vahid pəncərə” prinsipi ilə işləyən kompleks emalatxanadan yararlanmağı təklif edir.
Glensol şirkətinin təklif etdiyi həllər haqqında daha ətraflı məlumat üçün veb-səhifəmizə daxil ola bilərsiniz: https://glensol.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
25 d. əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
-
31 d. əvvəl
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
- 37 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
-
1 saat əvvəl
"Bank Respublika"nın biznes kreditləri portfelinin həcmi 1,1 milyard manatı aşıb
-
1 saat əvvəl
“AccessBank”ın biznes kreditləri portfeli 1 milyard manatı keçib
-
1 saat əvvəl
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
- 2 saat əvvəl
-
3 saat əvvəl
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycana turist axını azalıb
“AccessBank”ın biznes kreditləri portfeli 1 milyard manatı keçib
Ən çox oxunanlar
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Yanvarın 24-də gözlənilən hava şəraiti
Azərbaycanın xaricə fındıq satışından gəliri artıb - 171 MİLYON DOLLARA YAXIN QAZANC
Dünyanın ən çox qazanan futbol komandaları açıqlanıb
S&P: Azərbaycan bankları 2026-cı ildə dayanıqlılığını qoruyacaq
Vaxtında uçota durmayan “Classnet” internet provayderi cərimələndi
Azərbaycan neftinin son qiyməti






















