Ən yuxarı (mobil)_30

Bank kreditlərində zərər riski artıb - BANKLAR EHTİYAT YARATMAĞI GÜCLƏNDİRİBLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank kreditlərində zərər riski artıb - BANKLAR EHTİYAT YARATMAĞI GÜCLƏNDİRİBLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycandakı banklar 2021-ci ilin 8 ayı ərzində aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaları artırıblar. Bu, kreditlər və digər aktivlər üzrə mümkün zərər riskinin artdığına işarədir.

Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin 8 ayı ərzində banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 108,4 milyon manat ayırıblar. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə çoxdur. 2020-cu ilin 8 ayında banklar ehtiyat üçün 31,8 milyon manatlıq ayırma etmişdilər.

108,4 milyon manatlıq ayırma bank sektorunun 644.8 milyon manatlıq əməliyyat mənfəətinin düşməsinə səbəb olub. 

Qeyd edək ki, banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlar yaradırlar. Qaydalara görə, standart aktivləri üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış ehtiyatlar adi, qeyri-standart aktivləri üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış ehtiyatlar  məqsədli ehtiyatlar hesab edilir. Standart aktivlərə qənaətbəxş və nəzarət altında olan aktivlər, qeyri-standart aktivlərə isə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər aiddir. Ödəmə vaxtı 90 günədək keçmiş aktivlər (kreditlər) qənaətbəxş, gecikmə bu müddəti aşdıqda isə qeyri-qənaətbəxş hesab edilir.

aktivlər mümkün zərərlər xüsusi ehtiyat bank
23.09.2021 12:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18