Fed faiz qərarını açıqladı
ABŞ Mərkəzi Bankı (Fed) faiz qərarını açıqladı.
Marja xəbər verir ki, gözlənildiyi kimi Fed-in faizlərini 0-0,25% aralığında dəyişməz saxladı.
2022-ci ildə faizin artırılması barədə Fed üzvləri arasında fikir ayrılığı olduğu məlum olub. Buna baxmayaraq, 9 Fed üzvü 2022-ci ildə faizin artırıla biləcəyinə dair proqnoz verib. Əvvəlki iclasda 7 Fed üzvü faizin 2022-ci ildə artırılacağını proqnozlaşdırırdı. Son nöqtə qrafikinə görə, 2023-də faiz artımı gözləyən Fed üzvlərinin sayı 17-dir. Yalnız bir üzv 2023-də faizlərin sabit qalacağını nəzərdə tutur.
Fed aylıq qiymətli kağız (istiqraz) alışlarını 120 milyard dollar olaraq davam etdirəcəkdir.
Qərar mətnində qiymətli kağız alışlarına dair ifadələr də yer alıb. Qərar mətninə görə, qiymətli kağız alışlarını azaltmaq üçün iqtisadiyyatın hədəflərə doğru irəlilədiyi qeyd edilib. İqtisadiyyatdakı irəliləmənin davam etməsi vəziyyətində qiymətli kağız (istiqraz) alış sürətindəki yavaşlamanın gündəməgələ biləcəyi vurğulanıb.
Mətndə mövzu ilə əlaqədar olaraq "Əgər məşğulluq və inflyasiya hədəflərinə doğru irəliləyiş gözlənildiyi kimi davam edərsə, aktiv (istiqraz) alışlarının sürətində bir yavaşlatmaya qərar vermək yaxında lazımlı ola bilər" ifadələri istifadə edilib.
Bakı vaxtı ilə saat 22:30-da isə Fed sədrinin mətbuat konfransı başlayacaqdır. İnvestorlar və treyderlər Fed sədri Jerome Powell-in edəcəyi çıxış daha mühümdür. Çünki, Fed sədri qiymətli kağız (istiqrazlar) alışının azaldılmasına başlanacağı tarix barədə ipucları verə bilər.
Koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinliklər ilə əlaqədar olaraq 2020-ci ildə Fed faizlərini aşağı salmış, dövriyyəyə istiqraz alışı yolu ilə pul buraxılışını artırmışdır (Bir növ öz valyutasını ucuzlaşdırır). Hazırda peyvəndləmənin sürətlənməsilə iqtisadi bərpa davam edir, inflyasiya da yüksəlməkdədir. İnflyasiyanın həddindən çox yükslməsinin və iqtisadiyyatın çox "qızmasının" qarşısını almaq üçün Fed-in ilk növbədə istiqraz alışını azaltmağa başlayacağı, ardınca da faizləri artıracağı gözlənilir. İstiqraz alışının azaldılması ilə ucuz pul dövrü başa çatmağa başlayacaq və dolların bahalaşması sürətlənə bilər.
XXX 23:00
Yığıncağın ardından Fed sədri Jerome Powell, mətbuat konfransı təşkil edib. Powellin yığıncaqda verdiyi ən əhəmiyyətli mesaj qiymətli kağız alışlarının azaldılmasının 2022-ci ilin ortasında sona çatmasının uyğun ola biləcəyinə dair mesajı idi.
Powell çıxışında deyib:
"Bu gün Fed faizlərini dəyişməz saxladı və mövcud olan qiymətli kağız alışları sürətimizi qorumaq qərarı verildi.
Daha əvvəl görünməmiş maliyyə siyasəti addımları və peyvəndləmə iqtisadi bərpanı inanılmaz şəkildə dəstəkləməkdədir. İqtisadi və məşğulluq göstəriciləri güclənməyə davam etmişdir. İqtisadi artımın 2-ci yarımildə də güclü bir şəkildə davam etməsi gözlənilməkdədir. Ən çox pandemiyadan təsirlənən sektorlar son aylarda yaxşılaşma göstərdi. Ancaq Covid-19-a yoluxanların artması iqtisadi bərpanı bir az yavaşladıb. Əhalinin xərcləmələri xüsusilə də ilin ilk yarısında sürətli bir şəkildə artdı, lakin İyul və Avqustda yavaşladı".
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 21 saat əvvəl
-
21 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
21 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
22 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub

























