Bina tikintisində beləsini ilk dəfədir görürsünüz... - VİDEO
Paytaxtın Səbail rayonunda köhnə binanın eyvanı yeni tikilən binanın içərisində qalıb. Burada həm təhlükəsizlik qaydaları, həm də tikinti şərtləri kobud şəkildə pozulub və tikili sakinlər üçün potensial təhlükə mənbəyinə çevrilib.
Məlumata görə, söhbət Səbail rayonu, Rastrapoviç küçəsindən gedir. Buradakı üçmərtəbəli köhnə bina Sovet dövründə tikilib. Təxminən 10 il öncə "Axundov Residence" adlı MTK tərəfindən burada 13 mərtəbəli yeni bina inşa edilməyə başlanıb. Əvvəlcə yeraltı qaraj adı ilə tikintiyə başlansa da, sonradan bu, çoxmərtəbəli binaya çevrilib.
Sakin Zemfira Məmmədova deyir ki, tikinti aparılan zaman bütün daş, qum, sement onların pəncərələrinə tökülür. Eyvanın qarşısındakı armaturlar isə potensial təhlükədir. Çünki külək zamanı eyvandan asılan paltarlar dəmir armaturlara ilişir. Ən qəribəsi isə binanın 2 balkonunun təzə tikilinin içərisində qalmasıdır.
Eyni problemi qonşu mənzilin sahibi Dinar Rəsulova da yaşayır. O da balkonundan istədiyi kimi istifadə edə bilmir. Bir neçə ildir ki, binanın tikintisi dayandırılıb. Səbəbsə vəsaitin olmamasıdır.
Sakinlər vəziyyətlə bağlı Səbail Rayon İcra Hakimiyyətinə də müraciət ediblər. İcra Hakimiyyətindən bildirilib ki, sakinlərin şikayəti dinlənilib, məsələ araşdırılır. Bununla bağlı müvafiq qurumlara müraciət ünvanlanacaq.
Telegramda Marja.az səhifəsinə abunə olun
"Xezerxeber"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
7 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)











.jpg)







