Azərbaycanda təhsil tələbə kreditlərinin nə vaxtdan verilməsinə başlanacağı açıqlandı
Azərbaycanda oktyabrdan təhsil tələbə kreditlərinin verilməsinə başlanacaq"Artıq təhsil tələbə kreditinin verilməsi qaydası formalaşıb".
Bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli bildirib.
Onun sözlərinə görə, oktyabrın əvvəlindən başlayaraq təhsil tələbə kreditlərinin verilməsinə başlanılacaq: "Bu, tamamilə yeni mexanizmdir. 80 milyon manatlıq nizamnamə fondu var, bu il təxminən 40 minə qədər tələbəyə təhsil kreditləri verəcəyik. Bura bakalavr və magistr səviyyəsi üzrə kreditlərin verilməsi nəzərdə tutulub. Bunlar sosial və standart təhsil tələbə kreditləridir. Sosial tələbə krediti götürən tələbənin semestr boyunca ümumi orta göstərici balı 70-dən yuxarı olarsa, təhsil kreditinə faiz hesablanmır, 91 baldan yuxarı olarsa, alınan kreditin 50 faizinin ödənilməsindən azad olunur. Sistemin hazırlanması, banklarla müqavilə, sığorta məsələləri artıq həll edilib".
Şöbə müdiri bu il universitetlərə qəbul olunan I kurs tələbələrinin qeydiyyatı üçün ödənişin edilməsi məsələsinə də aydınlıq gətirib.
O deyib ki, qaydalara əsasən, I kurs tələbələri qeydiyyat zamanı ödənişi etməlidir: "Ancaq tələbənin müraciətinə müsbət cavab veriləcəksə, həmin vəsait ali təhsil müəssisəsinin bank hesabına köçürüləcək. Tələbə isə ödədiyi vəsaiti geri götürə biləcək. Sistem hazırda yenidir, qaydaya düşdükdən sonra növbəti semestrlərdə kreditlərin verilməsi normal qaydada davam edəcək".
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 4 d. əvvəl
-
- 6 d. əvvəl
- 15 d. əvvəl
-
29 d. əvvəl
“Bank Respublika”dan Beynəlxalq Təhlükəsiz İnternet Günündə müştərilərə tövsiyələr
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Rusiya “Telegram”ı bloklamağa başlayıb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Ən çox oxunanlar
Fevralın 11-də gözlənilən hava şəraiti
































