Norveç Avropanı xilas edir
Avropa Birliyində qazın qiyməti bir neçə saat ərzində təxminən 200 dollar düşüb.Avropa təbii qaz bazarında min kubmetr üçün kotirovkalar təxminən 1000 dollara qədər yüksəldikdən sonra geriləməyə başlayıb.
Marja xəbər verir ki, dünən səhər qiymət 16% artaraq min kubmetr üçün 966 dollara çatdıqdan sonra, ICE birjasında oktyabr qaz fyuçersləri 170 dollar ucuzlaşaraq çərşənbə axşamı bağlanışına nisbətən qırmızı qiymət ilə (-0.8%) bağlandı. Yeddi saat ərzində qaz 17% ucuzlaşaraq min kubmetr üçün 796 dollara düşdü.
Günorta saatlarında 970 dollara çatan Noyabr müqavilələri 171 dollar düşüb və günü 800 dollar səviyyəsindən aşağıda bağlanıb.
İkinci ən böyük təchizatçı Norveç, qaz qiymətlərinin 300%, elektrik enerjisinin qiymətlərinin isə iki dəfə artdığı Avropa bazarına kömək edəcək.
Yataqlardakı təmir işləri səbəbindən Norveç qaz ixracını daha çox artıra bilmir. Bloomberg yazır ki, indi ilin sonuna qədər Norveçin ixracı bərpa olunacaq.
Avqust ayında Norveç 9,4 milyard kubmetr qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15% çoxdur.
"Milli qaz istehsalçısı "Equinor", istehsalı artırmaq və tələbatı ödəməyi planlaşdırır", - şirkətin maliyyə direktoru Ulrika Fern çərşənbə günü "Reuters"ə bildirib.
Avropaya mayeləşdirilmiş qaz (LNG) tədarükü, Asiyada təlabatın artması və qiymətlərin yüksəlməsindən sonra zəif artıb. Eyni zamanda Asiyada artan qiymətlər Avropada da LNG-ni bahalaşdırır.
Tankerlərin göndərilməsini izləyən "Kpler" şirkətinə görə, Avropa İttifaqı iyun ayında 6% artımla, avqust ayında 4,98 milyon ton mayeləşdirilmiş qaz alıb. "Kpler" hesab edir ki, sentyabr tədarükləri əvvəlki səviyyədə qalacaq.
"AB-dəki qaz böhranı hələ də həll olunmaqdan uzaqdır və Rusiyadan tədarüklə (nəql ilə) bağlı vəziyyət qaydasına qoyulana qədər qiymətlər artmağa davam edə bilər", - "Enerji Danmark"ın analitikləri yazırlar. "Şimal Axını 2" qaz kəməri işə düşərsə Avropada təbii qaz qiymətlərinin düşəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)










.jpg)







