Dözümlüdür, görünüşü və dadı yaxşıdır -3 min hektar əkdilər
Ölkəmizin əsas tərəvəzçilik rayonlarından olan Xaçmazda pomidor əkini yekunlaşıb.
Rayonun təsərrüfatçıları 3 min hektara yaxın ərazidə pomidor əkiblər. Mart ayından istixana şəraitində yetişdirilən pomidor şitilləri mayın 20-dək açıq sahələrə köçürülüb.
Rayonun Aşağı Zeyid kəndi bu tərəvəzin daha çox əkildiyi yerlərdəndir. Bu il kənddə 100 hektara yaxın sahədə pomidor əkilib. Fermer Şahbaz Məmmədov da uzun illərdir ki, təsərrüfatında pomidor əkib-becərir. Təsərrüfatçı bildirir ki, bu il Türkiyə və Hollandiyadan gətirilən pomidor sortlarının əkilməsinə üstünlük veriblər. Bu sortlar həm xəstəliklərə dözümlüdür, həm də görünüşü və dadı yaxşıdır. Yığımdan sonra 10-15 gün saxlamaq mümkündür.
Məhsul yetişənədək təsərrüfatçılar pomidor sahələrində aqrotexniki işləri mərhələli şəkildə həyata keçirəcəklər. Fermerlər əkindən sonra 2-3 dəfə şitillərin dibini yumşaltmalı, sahələr üzvi və mineral gübrələrdən istifadə olunmaqla, 10-12 dəfə suvarılmalıdır.
Xaçmazlı fermerlər pomidor yığımına iyul ayının birinci ongünlüyündə başlayacaqlar. Məhsul yığımı iki ay davam edəcək.
Xaçmazda yetişdirilən pomidor yerli bazarlarda satılmaqla yanaşı, qonşu Rusiyaya da göndərilir.
Ötən il rayonda 2 min 750 hektar pomidor sahəsindən 70 min 120 ton məhsul toplanılıb
©Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 21 saat əvvəl
-
23 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















