ABŞ Prezidenti Çinin dövlət başçısı ilə danışdı - GENİŞ VƏ STRATEJİ DANIŞIQ
ABŞ Prezidenti Co Bayden (Joe Biden) Çinin dövlət başçısı Si Cinpin (Xi Jinping) ilə telefonda danışıb.
Marja Ağ Evin yaydığı məlumata istinadən xəbər verir ki, liderlər dünyanın ən böyük iki iqtisadiyyatını anlaşılmazlığa salan rəqabətdən qaçmaq lazım olduğu barədə mövzuları müzakirə ediblər.
Ağ Evin açıqlamasında, iki liderin "geniş bir strateji danışıq apardığı" qeyd edilib.
"Dövlət başçıları iki ölkənin maraqlarının nəinki üst -üstə düşdüyü, həm də bir -birindən fərqləndiyi sahələrə də toxunublar: “İki lider arasında, maraqlarımızın üst -üstə düşdüyü, maraqlarımızın, dəyərlərimizin və fikirlərimizin fərqli olduğu sahələri müzakirə etdikləri geniş bir strateji müzakirə oldu".
Telefon danışığında ABŞ və Çinin aralarındakı rəqabətin münaqişəyə çevrilməməsini təmin etmək məsuliyyətini müzakirə ediblər.
"Prezident Bayden, ABŞ-ın Hind-Sakit okean bölgəsində və bütün dünyada sülh, sabitlik və rifaha olan marağının davam etdiyini vurğulayıb. İki lider, rəqabətin münaqişəyə çevrilməməsini təmin etmək üçün hər iki ölkənin məsuliyyətini müzakirə ediblər. Prezident Bayden açıq şəkildə ABŞ -ın Çin ilə rəqabət problemlərini məsuliyyətli bir şəkildə həll etmək üçün səylərin davam etdirilməsinin vacib olduğunu deyib.",- Ağ Evin açıqlamasında deyilir.
Co Bayden Yanvar ayında vəzifəyə gəlməsindən bu yana ikinci dəfədir Çin lideri ilə danışır.
İlk danışıq Fevral ayında insan haqqları, iqlim dəyişikliyi və Covid-19 pandemiyası mövzularını ehtiva etmişdi.
Çin dövlət mediası isə liderlər arasında səmimi və dərin bir dialoq olduğunu qeyd edərək, Si Cinpinin "ABŞ-ın Çinə qarşı siyasətlərinin iki ölkə arasındakı əlaqələr baxımından böyük çətinliklər meydana gətirdiyini" ifadə etdiyini qeyd ediblər.
Çin mediası, iki liderin danışıqları davam etdirmək mövzusunda razılaşdırdıqlarını da yazıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)









.jpg)


