Whatsapp iri məbləğdə cərimələndi
Səbəb gizlilik və şəxsi məlumatların qorunmasına dair qaydaların pozulmasıdır...Dünyanın ən məşhur sosial mesaj və çat proqramlarından biri olan Whatsapp iri məbləğdə cərimələnib.
Marja xəbər verir ki, İrlandiyanın Məlumatların Qorunması Komissiyası bugünkü açıqlamasında Whatsapp-la bağlı 2018-ci ildən davam edən araşdırmanın yekunlaşdığını və şirkətin Avropada ümumi məlumatların qorunması qanunvericiliyini (GDPR) pozmasının sübut olunduğunu bildirib.
Açıqlamada “Whatsapp-ın Avropa İttifaqındakı vətəndaşlara onların şəxsi məlumatlarından hansı məqsədlərlə istifadə olunması və bu məlumatların hansı səviyyədə Facebook-la paylaşılması barədə dəqiq və ətraflı məlumat vermədiyi” bildirilir. Nəticədə qlobal mesaj xidməti 225 milyon avro (267 milyon dollar) cərimələnib.
Whatsapp-ın nümayəndəsi qərardan appelyasiya şikayəti verəcəklərini bildirib: “Biz insanlara təhlükəsiz və gizliliyi saxlamaq şərtilə xidmət göstərmək öhdəliyi götürmüşük. Fəaliyyətimizin qeyri-şəffaf olması barədə iddiaları rədd edirik və cəriməni ədalətsiz hesab edirik”.
Xatırladaq ki, daha öncə, 2019-cu ildə Google Fransanın müvafiq qurumu tərəfindən GDPR qanunvericiliyinin pozulmasına görə 50 milyon avro, bu ilin iyulunda isə Amazon Lüksemburqun məlumatların tənzimlənməsi orqanı tərəfindən eyni ittihamla 746 milyon avro cərimələnib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 d. əvvəl
-
-
7 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 10 d. əvvəl
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 33 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb



















.jpg)






