Avtomobil şirkətlərini çip böhranının növbəti dalğası vurur
Ford istehsalı saxlayır, Tesla yeni modeli təxirə salır, Çin şirkətlərinin satışı azalır..Koronavirus pandemiyasına görə bu ilin əvvəlindən daha da sürətlənən çip böhranında sentyabr ayından yeni dalğa yaşanır.
Marja xəbər verir ki, bir sıra iri istehsalçılar yenidən istehsal həcmini azaltmağa məcbur olub.
ABŞ-ın ən iri istehsalçılarındna olan Ford dünən bir sıra modellərin buraxılmasında ləngimələrin olacağı anonsunu verib. Belə ki, Kanzasdakı F-150 pikaplarının yığılma zavodunda işlərin dayandırılması növbəti həftə də davam edəcək. Miçiqandakı zavodun isə 3 növbəsindən cəmi 1-i işləyəcək.
Həmçinin, Kentukkidəki Super Duty pikapları və Expedition və Navigator SUV-ları buraxan zavod sentyabrın 6-dan 19-a qədər növbələrin həcmini minimuma salacaq.
Elektromobil bazarının lideri Tesla-nın rəhbəri Elon Mask dünən Tvitter hesabında yarımkeçirici çiplərin təchizatındakı ləngiməyə görə yeni Roadster modelinin yalnız 2023-cü ilin əvvəlində istifadəyə verilə biləcəyini açıqlayıb.
Çinin iri elektrikli avtomobil istehsalçıları da çip böhranından əziyyət çəkir. Nio şirkəti iyuldakı 7931 ədəd müqabilində avqustda cəmi 5880 elektromobil təchiz etdiyini bildirib. Digər bir istehsalçı Xpeng isə müştərilərə iyul ayında 8040 ədəd, avqustda bundan az - 7212 avtomobil çatdırdığını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)







