Microsoft 6 ildən sonra Windows 11-i istifadəyə verir
Təkcə Windows-dan gəlirləri son rübdə 7 milyard dollara yaxındır.ABŞ texnologiya nəhəngi Microsoft 6 ildən sonra əsas əməliyyat sistemi Windows-un yeni versiyasını istifadəyə verir.
Marja xəbər verir ki, şirkət dünənki açıqlamasında kompüterlər üçün Windows 11-in bu il oktyabrın 5-dən geniş kütlə üçün təqdim olunacağını bildirib.
Windows 11 dəyirmi ekran və tətbiqi proqram simvollarının Tapşırıqlar Panelinin (Taskbar) tam mərkəzində yerləşməsi ilə yeni görünüşə, həmçinin xüsusi səs effektlərinə malik olacaq.
Ekranda eyni zamanda bir neçə tətbiqi proqramla işləmək daha rahat olacaq. Microsoft Start menyusunu, tətbiqi proqramlar maqazinini (appstore) və Sazlamalar (Settings) proqramını da tamamilə yenidən dizayn edib.
Xatırladaq ki, bu, Microsoftun Windows əməliyyat sisteminin 2 versiyası arasında ən uzun əvəzləmə müddətidir (6 il). İlk dəfə 1985-ci ildə buraxılan Windows-un əvvəlki versiyası - 2015-ci ildə istifadəyə verilən Windows 10 aylıq 1,3 milyard aktiv istifadəçi ilə dünyada ən məşhur kompüter əməliyyat sistemidir. Microsoft təkcə son rübdə Windows-dan 6,6 milyard dollar gəlir əldə edib.
Windows 10-dan 2025-ci ilə qədər istifadə etmək mümkün olacaq. Sonrakı dövrdə istifadəçilər bəzi kompüterlərdə (Dell XPS 13, HP Spectre 360, Lenovo Yoga Slim 7i Pro və s.) Windows 11-i yükləyə biləcək. Yeni versiyanı dəstəkləməyən kompüterləri ilə dəyişməli olacaqsınız...
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
-
9 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 12 d. əvvəl
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 35 d. əvvəl
- 37 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb

























