"Azərlotereya"nın yeni rəhbərliyi formalaşdırılıb
İqtisadiyyat Nazirliyinə məxsus, bu ildən Türkiyənin “Demirören Şans Oyunları Yatırımları” anonim şirkətinə idarəetməyə verilmiş “Azərlotereya” ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin olunub.
Şirkətin internet səhifəsində verilən məlumata görə, bu, Türkiyə vətəndaşı Zəfər Rəisoğludur.
İH-nə ondan başqa 4 baş rəhbər də daxil edilib. Bunlar satış üzrə baş rəhbər Cahangir Fərəcullayev, maliyyə üzrə baş rəhbər, Türkiyə vətəndaşı Osman Qaraquş, əməliyyatlar üzrə baş rəhbər, Türkiyə vətəndaşı Salih Tüfəkçi və marketinq üzrə baş rəhbər Sənan Orucovdur.
İndiyə qədər "Azərlotereya"nın İH-nə Maqsud Tağıyev rəhbərlik edib. Onun müavini Elçin İbrahimov, İH-nin digər üzvü (həm də maliyyə şöbəsinin rəisi) isə Hidayət Yarıyev olub.
Xatırladaq ki, “Azərlotereya” 2002-ci ildə, ölkədə lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaları artırmaq və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndirmək məqsədi ilə yaradılıb. Onun nizamnamə kapitalı 200 min manatdır.
Telegramda Marja.az səhifəsinə abunə olun
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 20 d. əvvəl
- 37 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq imkanı: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Neft böhranı dərinləşir, qiymətlər artır
Tramp İrana qarşı tətbiq edilən blokadanı uzatmağa çalışır
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı







.jpg)





.jpg)





