“ƏDV Geri Al” artıq Hesab.az platformasında!
(®️) Azərbaycanda onlayn ödəmələr sahəsində lider olan Hesab.az onlayn xidmətlər platformasında artıq “ƏDV Geri Al” xidmətindən yararlanmaq mümkündür.
İstifadəçilərinin istək və təkliflərinə hər zaman önəm verib xidmət çərçivəsini daim genişləndirən Hesab.az, bu dəfə platformaya “ƏDV Geri al” xidmətini əlavə edib.
Belə ki, ölkədə baş verən rəqəmsal maliyyə trendlərini hər zaman xidmət şəbəkəsinə inteqrasiya edən Hesab.az-da “ƏDV Geri Al” bölməsi yaradılıb. Artıq “ƏDV Geri Al” portalında Kapital Bank hesabı üzərindən qeydiyyatdan keçən istifadəçilər, alış-veriş qəbzləri üzərindən geri aldıqları faizləri Hesab.az üzərindən elektron “pul qabı”ya yerləşdirə biləcəklər. Bu xidmətdən həm Hesab.az saytında, həm də yenilənmiş mobil tətbiqində yararlanmaq mümkündür.
Qeyd edək ki, ƏDV faizlərini geri qaytarmaq üçün elektron kabinetə daxil olub, çekin üzərindəki 12 simvollu fiskal İD-ni əlavə etmək, yaxud çekin üzərində olan QR kodu skan etmək kifayətdir.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Dövlət Agentliyindən "çörəyin bahalaşacağına dair iddialara" cavab
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
DİQQƏT: Pulunu artırmağın yeni yolu var!
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropa Mərkəzi Bankı da faizə toxunmadı
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi
Mərkəzi Bank NGFS-yə tamhüquqlu üzv qəbul olunub
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
Avrozonada inflyasiya 3 faizə yüksəlib
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb












.jpg)





