Google və Microsoft 30 milyard dollar xərcləyəcək - Ağ Evdəki görüşdən sonra
Çoxpilləli qoruma sistemi gəlir...Ötən gün xəbər verdiyimiz kimi, ABŞ prezidenti Bayden ölkə iqtisadiyyatının sütununu təşkil edən şirkətlərlə, o cümlədən Microsoft, Google, Apple, Amazon kimi texnoloji nəhənglərlə kibertəhlükəsizlik mövzusunda genişformatlı görüş keçirib.
Marja xəbər verir ki, Microsoft və Google kibertəhlükəsizlik sisteminin gücləndirilməsi, ixtisaslı kadrların sayını artırmaq və müxtəlif sektorlardakı işçilər üçün davamlı peşəkar təlimlər məqsədilə növbəti 5 il ərzində müvafiq olaraq 10 milyard dollar və 20 milyard dollar vəsait ayırmaq öhdəliyi götürüblər.
Microsoft həmçinin, təkcə hökumət qurumlarının İT təhlükəsizlik sistemiin təkmilləşdirilməsi üçün əlavə 150 milyon dollar xərcləyəcək.
İT və kibertəhlükəsizlik sahəsində kadr çatışmazlığını aradan qaldırmaq üçün Google 5 il ərzində 100 min, IBM isə 3 il müddətində 150 min amerikalının təlimatlandırılması və peşəkar mütəxəssis kimi hazırlanmasını üzərinə götürüb.
Apple və Amazon da öz növbələrində istifadəçi hesablarının daha etibarlı qorunması üçün hazırda tətbiq olunan ikipilləli qoruma sistemi əvəzində çoxpilləli qoruma mexanizmi yaradılacağını, dövlət qurumlarının data mərkəzlərindəki məlumatların yeni şifrələmə üsulu ilə müdafiəsinə yardım edəcəklərini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 d. əvvəl
-
- 10 d. əvvəl
- 14 d. əvvəl
-
31 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 53 d. əvvəl
-
56 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Rəsmi məzənnələr açıqlandı
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Ən çox oxunanlar
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb






.jpg)
.jpg)












