“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Foreks bazarlarında EUR/USD məzənnəsi 1.1212$-a kimi bahalaşmaqla, son yarım ilin maksimum səviyyəsini yeniləməkdə davam edir. Beləliklə, məzənnə 1.12$-ın üzərində qaldıqca, 1290$ və 1365$-a kimi də bahalaşa bilər.
Avrozonada makro iqtisadi vəziyyətin yaxşılaşması və Avropa Mərkəzi Bankının yumşaq monetar siyasətini dayandıra biləcəyi ilə bağlı investorların gözləntiləri, dünya birjalarında avroya olan tələbi daha da artırır.
GBP
GBP/USD valyuta cütlüyünün qiyməti də keçən həftə ərzində 1.3050$-a kimi bahalaşmışdır. Qiymət 1.3180$-a kimi bahalaşaraq, bu səviyyənin üzərində möhkəmlənərsə, artım trendinin 1.3222$-a kimi də sürətlənə biləcəyi proqnozlaşdırılır. Böyük Britaniyada iyun ayının 6-da keçiriləcək növbədənkənar parlament seçkiləri və Avropa Birliyi ilə BREKSİT danışıqları fonunda gözləntilər də funtun bahalaşmasına müsbət təsir edir.
TRY
Dünya birjalarında dolların ucuzlaşması, Türkiyə maliyyə bazarlarında da Türk lirəsinin bahalaşmasına səbəb olur. Belə ki, cümə axşamından etibarən Türk lirəsi 3.64TL-dən 3.57TL-ə kimi dəyər qazanmışdır və qiymət 3.57TL-nin üzərində qalarsa, 3.55TL-ə kimi də dəyər qazana bilər.
OIL
Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti də artıq 54$-a kimi dəyər qazanıb. Brent markalı neftin qiyməti üzrə texniki mənzərənin təhlilləri onu göstərir ki, gələcək günlər ərzində 53.72$-ın üzərində möhkəmlənə biləcək qiymət, 54.60 və 55.56$-a kimi də dəyər qazana bilər. Eyni zamanda, bu həftənin cümə axşamı Vyana şəhərində baş tutacaq Neft İxrac Edən Ölkələr Birliyinin (ing.: “OPEC”) 172-ci rəsmi toplantısı da investorların diqqət mərkəzindədir.
GOLD
Foreks bazarlarında dolların ucuzlaşması, Amerikanın yeni höküməti fonunda qalmaqalların yenidən gündəmə gəlməsi və dünyanın digər regionlarında müşahidə edilən siyasi qeyri-müəyyənliklər, əlvan metallar bazarında qızıla olan tələbi də artırır. Beləliklə, son iki həftə ərzində 1265$-a (40.6 $/qram) kimi bahalaşan qızılın bir unsiya üzrə qiyməti gələcək günlər ərzində 1282$-a (41.1 $/qram) kimi də bahalaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
52 d. əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 55 d. əvvəl
-
-
57 d. əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
58 d. əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət müəssisələri gələn ildən mənfəətdən dividend ödəməyə başlayacaq
-
1 saat əvvəl
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
Azərbaycanda “Broadband Mapping” və “E-Connection” platformaları istifadəyə veriləcək
-
1 saat əvvəl
Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib, İcra başçısı təyin edildi
-
1 saat əvvəl
Bank "Office 365" və "Microsoft Defender" lisenziyalarını yeniləyir - TENDER
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Unicapital investorlar üçün iki yeni istiqraz buraxılışını elan edir
Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi

























