Avtomobil istehsalçılarının başı dərddən açılmır: pandemiya, çip böhranı, “nasaz milyardlar”
Təkcə geri çağırılan elektromobillər 2 milyarddan artıq ziyan vurub....
Hazırda qlobal avtomobil bazarı özünün ən çətin günlərini yaşayır - həm pandemiya səbəbindən “çip böhranı”, həm də elektrikli avtomobillərlə bağlı çətinliklər iri şirkətləri sıxır.
Marjanın dünən xəbər verdiyi kimi, ən iri qlobal istehsalçı olan Toyota sentyabr ayında istehsal həcmini 40% azaldacağını açıqlayıb (900 min avtomobil əvəzinə 540 min ədəd). Əsas səbəb yarımkeçirici çiplərin və digər ehtiyat hissələrinin çatışmazlığıdır. Çünki ən iri təchizat zavodlarının yerləşdiyi Malayziya və Vyetnamda son həftələrdə koronavirus infeksiyasının kütləvi yayılması iqtisadiyyatı iflic edib.
Digər bir avtomobil nəhəngi - Ford avqustun 23-dən başlayaraq, ABŞ-ın Missuri ştatındakı F-150 pikaplarının yığılma xəttində işləri dayandırır. Çin istehsalçısı Geely də bu həftə “təchizatdakı qeyri-müəyyənliyin davam etdiyini” bildirib. Ötən ay isə Jaguar Land Rover çip böhranına görə satış proqnozunu yarıbayarı azaldıb.
Lakin avtomobil istehsalçılarının problemi təkcə bununla bitmir. Hazırda əksər ölkələrin, o cümlədən ABŞ və Avropa İttifaqının yeni hədəfi - 2030-cu ilə qədər avtomobil parkının yarısını elektrikləşdirmək ənənəvi nəhəngləri rəqabət yarışında çətin vəziyyətə salıb: milyardlarla vəsait yatırırlar, lakin hələ də yanğın, mühərrik nasazlığı və batareyanın düzgün işləməməsi kimi ciddi problemlər bitmir.
Ötən il 3 qlobal istehsalçı - General Motors, Hyundai və Ford 132 mindən çox elektrikli avtomobili geri çağırmalı olub. Bu isə həmin şirkətlərə 2,2 milyard dollara başa gəlib. Ən çox ziyan çəkən General Motorsdur - 800 milyon dollar.
Elektromobil bazarının lideri Tesla batareya problemini əsasən həll etsə də, digər texniki nasazlıqlara görə hazırda ABŞ və Norveçdə şirkətin bir sıra modelləri ilə bağlı qəzalar əsaslı araşdırılır. Bu da Elon Maskın şirkətinə təsirsiz ötüşməyəcək.
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 7 saat əvvəl
-
8 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
