Sədri AccessBank-ın vəziyyətini şərh etdi - MÜSAHİBƏ
"Əgər milli standartlara görə Bank ilin birinci yarısında zərərlə fəaliyyət göstəribsə, beynəlxalq standartlara görə 4,5 milyon manat mənfəətdəyik".Həm ötən il, həm bu ilin əvvəli sahibkarlar üçün sınaq oldu. Amma karantin tədbirlərinin biznesə təsiri mənfi olmaqla yanaşı, həm də bank sektorunu iş formatını dəyişdirməyə və yeni məhsullar yaratmağa sövq etdi. “AccessBank “ın beynəlxalq standartlara görə mənfəətə çıxmasına mane ola bilməyən çətinliklər, infrastruktura qoyulan investisiyalar və s. barədə “AccessBank”ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Yevgeniya Qaşikulina danışıb.
-Pandemiyadan sonra korporativ və KOB (kiçik və orta biznes) müştərilərinin ehtiyacları dəyişdi?
- Konseptual olaraq müştərilərin ehtiyacları dəyişməyib - bank əməliyyatları apararkən maksimum rahatlıq, minimum bürokratiya və bankın iş saatlarından asılı olmamaq. Artıq bank əməliyyatlarını onlayn şəkildə yerinə yetirən və ya onlayn sistemə keçmək istəyən müştərilərin sayı artıb.
Bu gün biznes müştərilərin bütün pul köçürmələrinin 95%-i filialın iştirakı olmadan həyata keçirilir. İnternet bankçılığın rahat istifadəsini təmin etmək üçün “Deutsche Bank”, “Raiffeisen Bank International”, “Societe Generale” və s. kimi müxbir banklarla işləyirik.
Son dəyişikliklərə müştərilərin faiz xərclərinin minimuma endirilməsinə yardım edən beynəlxalq köçürmələr prosesinin sadələşdirilməsi, kredit xəttinin idarə edilməsi və istifadəsi daxildir. Həmçinin Əlaqə mərkəzini müştərilərlə iş üzrə yeni platforma ilə gücləndirmişik, korporativ müştərilər üçün isə xüsusi bölmə yaratmışıq.
Avqust-oktyabr aylarında MyAccess-də limitlər yaratmaq və onları dəyişdirmək funksiyasını tətbiq edəcəyik: hazırda istifadəçilər (həm hüquqi, həm də fiziki şəxslər) hesablararası, həmçinin bankdaxili köçürmələri, habelə ölkə daxilində və xaricə köçürmələr üçün limitləri müstəqil olaraq dəyişə bilərlər. Platformanın yenilənmiş menyusu artıq hüquqi şəxslər tərəfindən bütün qeyri-maliyyə əməliyyatlarının imzalanması funksiyasına malikdir. Platformanın təhlükəsizliyini də ayrıca qeyd etmək istərdim. Məlumatların və əməliyyatların təhlükəsizliyi sistemlərimiz ISO 27001 standartlarına uyğun qurulub.
- AccessBank-ın cari maliyyə vəziyyətini necə şərh edə bilərsiniz?
- Bankın uğurla həyata keçirilən inkişaf strategiyası fəaliyyət göstəricilərini qorumağa və hətta yaxşılaşdırmağa imkan verdi. Bankın biznes portfeli 30 milyon, fiziki şəxslər üzrə depozit portfeli isə 29.9 milyon artdı, biznes müştərilərin dövriyyəsi isə pandemiyadan əvvəlki səviyyəsinə qayıtdı.
Bütün səhmdarlarımız beynəlxalq maliyyə təşkilatları olduqları üçün biz maliyyə vəziyyətimizi həm milli, həm də beynəlxalq maliyyə hesabatı standartlarına (MHBS - IFRS) uyğun olaraq qiymətləndiririk. Əgər milli standartlara görə Bank ilin birinci yarısında zərərlə fəaliyyət göstəribsə, beynəlxalq standartlara görə 4,5 milyon manat mənfəətdəyik.
Bu gün “AccessBank” nəinki bazarda mövqeyini qoruyub saxlayır, eyni zamanda həm də məhsul çeşidini, tərəfdaş şəbəkəsini və müştəri bazasını genişləndirir.
- Bankın korporativ və KOB müştərilərinə təklif etdiyiniz xidmətləri qeyd etdiniz. Bəs, kreditləşmədə vəziyyət necədir?
2021-ci ilin 7 ayı ərzində 324.2 milyon kredit vermişik. Bunlardan 4 milyonu Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) xətti ilə, 16.5 milyonu isə Sahibkarlığın İnkişafı Fondu (SİF) vasitəsilə verilib.
Məhsullar baxımından sənədli əməliyyatlara və zaminsiz kreditlərə tələb artıb.
Müştərilərimizə sürətli kredit təqdim etmək üçün yeni əməliyyat sisteminə - CRM-BPM keçirik. Sistem artıq pərakəndə satış seqmenti üçün tətbiq edilib, indi isə mikro kreditlər üzrə hazırlanır. Sistem, “Asan Finance”, Mərkəzi Kredit Reyestri kimi xarici tərəfdaşlarla avtomatik inteqrasiyanı nəzərdə tutur. Təhlil prosesinin sadələşdirilməsi və sorğuların təsdiqlənməsi, sistemi daha da effektiv edir.
- Müsahibə üçün təşəkkür edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
-
4 saat əvvəl
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
-
4 saat əvvəl
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
Ən çox oxunanlar
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir
Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq
"Bakı və Abşeronda su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiq edildi














.jpg)











