"PAŞA Bank"ın Türkiyədəki törəməsinin xalis mənfəəti 2 dəfədən çox artıb
“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” bu ilin I yarısını 26 milyon 19 min lirə (5 milyon 204 min manat) xalis mənfəətlə başa vurub.
Bankın maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Yanvar-iyun aylarında "PAŞA Yatırım Bankası"nın faiz gəlirləri 92 milyon 225 min lirə (18 milyon 445 min manat, 1 il əvvələ nisbətən 55,9% çox), faiz xərcləri 43 milyon 930 min lirə (8 milyon 786 min manat, 89,6% çox), haqq və komissiya gəlirləri 3 milyon 362 min lirə (672 min manat, 81,2% az), qiymətli kağızların alqı-satqısından gəlirləri 6 milyon 984 min lirə ( milyon 397 min manat, 2,9 dəfə çox), inzibati xərcləri 12 milyon 480 min lirə (2 milyon 496 min manat, 26,8% çox), digər gəlirləri 9 milyon 612 min lirə (1 milyon 922 min manat, 3,3 dəfə çox), digər xərcləri 10 milyon 606 min lirə (2 milyon 121 min manat, 6,4% az), xüsusi ehtiyatlara ayırmaları 11 milyon 232 min lirə (2 milyon 246 min manat, 45% çox), mənfəət vergisi ödəmələri isə 7 milyon 916 min lirə (1 milyon 583 min manat, 2,5 dəfə çox) təşkil edib.
Bu il iyulun 1-nə “PAŞA Yatırım Bankası”nın aktivləri 2 milyard 617 milyon 808 min lirə (523 milyon 562 min manat) olub ki, bu da illik müqayisədə 29,4% çoxdur. Bunun 1 milyard 726 milyon 261 min lirəsi (345 milyon 252 min manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 30,1% böyüyüb.
Hesabat dövründə “PAŞA Yatırım Bankası”nın öhdəlikləri 37,1% artaraq 2 milyard 29 milyon 68 min lirəyə (405 milyon 814 min manat), balans kapitalı isə 8,5% artaraq 588 milyon 740 min lirəyə (117 milyon 748 min manat) çatıb.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (100 milyon manat). Bankın səhmlərinin 50,96%-i “PAŞA Bank”a, 49%-i Bankın daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 0,04%-i isə “Aksoy Holdinq”ə məxsusdur.
1 lirə = 0,2 manat
Telegramda Marja.az səhifəsinə abunə olun
Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 2 saat əvvəl
-
-
3 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
6 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir












.jpg)














