"Bankımız çətin günlərdə müştərilərinə maliyyə həlləri təqdim etdi" - MÜSAHİBƏ
“İnsanlar sevdikləri işlə məşğul olduqda daha məhsuldar və yaradıcı olurlar”
"AccessBank”ın simaları" rubrikasında bugünkü həmsöhbətimiz Nərimanov filialının rəhbəri Bəxtiyar Bəxtiyarovdur.
- Neçə ildir “AccessBank”da işləyirsiniz? İlk iş gününüzü necə xatırlayırsınız?
Artıq 13 ildir “AccessBank”da işləyirəm. İndiki kimi xatırlayıram - hərbi xidmətdən yeni qayıtmışdım. İlk 2 gün ərzində CV-mi müxtəlif banklara göndərdim. O vaxtlar CV-ni şəxsən özün ofisə aparmalıydın, hələ əlavə olaraq, anket də doldurmalıydın.
Tezliklə müxtəlif banklardan test və müsahibə dəvətləri gəlməyə başladı. Nəticədə bir neçə bankdan iş təklifi aldım, amma operativliyi, həmçinin müştəri və əməkdaşlarına göstərdiyi diqqətə görə “AccessBank”ı seçdim.
- 10 il əvvəlki və indiki “AccessBank”ın əsas fərqi nədədir?
10 il əvvəl “AccessBank” yalnız mikrokreditləşmə bankı kimi tanınırdısa, indi daha geniş bank xidmətlərini təqdim edirik. Bu gün innovasiyalar tətbiq edərək rəqəmsal bankçılığa doğru irəliləyirik.
- Heç bank sektorunu seçdiyiniz üçün nə vaxtsa peşman olmusunuzmu?
Heç vaxt. Düşünürəm ixtisas seçimi çox mürəkkəb və çətin bir prosesdir. Bank işi çox maraqlı və dinamik iş olduğuna görə daxili dünyamla tam olaraq harmoniyadadır. İnsanlar sevdiyi peşə ilə məşğul olanda daha məhsuldar və yaradıcı olurlar.
- “AccessBank”ın Salyan filialına rəhbərlik etdikdən sonra Nərimanov filialının inkişafını üzərinizə götürmüsünüz. Bölgə və şəhər filialına rəhbərlik etməyin ortaq və fərqli cəhətləri hansılardır?
Məncə hər iki filialın oxşar cəhəti bank xidmətləri təqdim etməsidir. Fərqlərə gəldikdə məncə, bölgə filiallarında daha çox kənd təsərrüfatı təyinatlı kreditlərə üstünlük verilir və ölkənin bir çox bölgələrində bankımız kənd təsərrüfatı kreditləşməsi üzrə liderdir. Şəhər filialında isə daha çox pərakəndə bank xidmətləri təqdim edirik.
Həm regional, həm də şəhər filiallarını idarə edən şəxs kimi qeyd etmək istəyirəm ki, bankın ən vacib kapitalı - müştəriləri tanıyan və istəklərini bilən əla mütəxəssislər qrupudur. Belə komanda ilə bank böyük uğurlar qazanır.
- Şəxsi inkişafınıza önəm verirsiniz – müxtəlif təlimlərə qatılırsınız. Sizcə, işdə insana hansı daha çox kömək edir – illərin təcrübəsi yoxsa yenilənən biliklər?
Mənim üçün bilik və təcrübə bir-biri ilə əlaqədə olan elementlərdir. Durmadan təhsil almaq, üzərində işləmək həyatımın ən xoş anlarından biridir. Yeni məlumatlar, yanaşmalar, baxışlar insanları daha fərqli, daha optimal və innovativ işləməyə ilhamlandırır. Elmi ədəbiyyatda "beyin sevinci" termini var və bu “sevinc” yeni biliklər əldə ediləndə yaşanır. Təcrübə isə nəzəri biliklərinsınaqdan keçirilməsidir.
Harvard, Massaçusets Texnologiya İnstitutunda və London Universitetində aldığım kurslar şəxsi inkişafımda və professional həyatımda dönüş nöqtəsi oldu və nəticədə işimdə daha ciddi nəticələrə əldə etməklə yanaşı, qazandığım bilik və təcrübələri həmkarlarımla da bölüşə bildim.
- Keçdiyiniz sonuncu təlimdə hansı fikir sizə daha çox maraqlı gəldi?
Bu yaxınlarda təlim zamanı "adaptiv liderlik" anlayışı ilə tanış oldum. Anlayışın müəllifi Ronald Heifetz hesab edir ki, liderlik adaptiv problemlərin ortaya çıxdığı zaman yaranan idarəçilik mexanizmdır. Heifetza görə liderlik proses kimi qəbul edilməlidir - məsələn, Covid-19 pandemiyası zamanı yeni vəziyyətə uyğunlaşma və problemləri həll etmə qabiliyyəti liderliyə nümunədir. Liderliyə ehtiyacın yalnız çətinliklərlə üzləşdikdə yaranması fikri marağımı çəkdi.
- Covid-19 pandemiyası dövründə “AccessBank”ın fəaliyyətini və bankın əməkdaşlarının standart olmayan vəziyyətlərə hazırlığını necə qiymətləndirirsiniz?
Biz işdə strateji riskləri dəyərləndirmək üçün stress testlərdən istifadə edirik, amma təbii ki, pandemiya bizim üçün gözlənilməz oldu. Buna baxmayaraq, Bankın kadr siyasəti, böhran dövründə idarəetmə təcrübəsi və rəqəmsal bankçılığın prioritet olaraq seçilməsi- bütün bunlar pandemiyaya qarşı mübarizədə komandaya böyük dəstək oldu. Bundan başqa, “AccessBank” komandasında qurulmuş kommunikasiya modeli və işin təşkili çox sabitdir, nəticədə pandemiya zamanı onlayn iş rejimi və pandemiya ilə əlaqədar məhdudiyyətlər Bankın fəaliyyətinin səmərəliliyinə və göstərdiyi xidmətlərin keyfiyyətinə təsir göstərmədi.
Qeyd etmək istərdim ki, Bankımız həmin çətin günlərdə müştərilərinə maliyyə həlləri təqdim etdi. İşgüzar fəallığın azalması ilə üzləşən sahibkarlara həm öz, həm də dövlət fondlarının hesabına aşağı faiz dərəcələri ilə yenidənqurma kreditləri və ya cari kreditlərinin restrukturizasiyasını təklif etdi.
-Müsahibə üçün təşəkkür edirik.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı
-
-
11 saat əvvəl
Yuan və Avstraliya dollarının qlobal ehtiyatlarda payı artıb, dolların payı azalıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib
-
13 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
-
13 saat əvvəl
Azərbaycan zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edib
-
13 saat əvvəl
Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib

Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
Ən çox oxunanlar

Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

Kolleclərə yeni təyinatlar olub

Azərbaycandan Rusiya gedənlərin sayı 30 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,4 faiz azalıb

Azərbaycana turist axını azalıb - Körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb

Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!
