Renault və Mazda-dan optimal nəticələr
Hər iki şirkət mənfəətə çıxıb, amma çip böhranı hələ də təhlükə yaradır...
Fransız avtomobil markası Renault 2021-ci ilin ilk yarısının, Yaponiyanın iri avtomobil istehsalçısı Mazda isə cari ilin ikinci rübünün (2022-ci il martda bitən maliyyə ilinin 1-ci rübünün) nəticələrini bugün açıqlayıblar.
Marja hər iki şirkətin rəmi hesabatlarına istinadla xəbər verir ki, ötən il pandemiya səbəbindən ciddi zərər edən istehsalçılar nəhayət ki mənfəətə çıxa biliblər.
Nəticələr belədir:
Mazda (2021, 2-ci rüb)
Gəlirlər - 803,4 milyard yen (7,33 milyard dollar, 113% artım); Xalis mənfəət - 11,4 milyard yen (104,1 milyon dollar); Satılan avtomobil - 353 min ədəd. Xatırladaq ki, ötən ilin müvafiq dövründə Mazda 244 min ədəd avtomobil sataraq, 66,7 milyard yen (609,15 milyon dollar) zərər etmişdi.
Renault (2021, 1-ci yarımilik)
Gəlirlər - 23,4 milyard avro (27,72 milyard dollar, 26,8% artım); Xalis mənfəət – 368 milyon avro (437,8 milyon dollar). Renault 2020-ci ilin birinci yarısını rekord 7,38 milyard avro zərərlə başa vurmuşdu.
Hər 2 şirkət bu il mənfəət çıxa bilsələr də, nəticələr hələ 2019-cu ilin göstəricilərindən geri qalır. Üstəlik, qlobal çip böhranı ilin sonuna kimi istehsal və satış planlarına təzyiq yaratmağa davam edəcək. Xüsusən Renault ən azı 200 min avtomobilin istehsalını təxirə salacağını bildirib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
24 d. əvvəl
“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb.
-
- 41 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb.

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
