Dövlət şirkətində 52 milyon manat zərər
2016-cı ildə "Təmiz Şəhər" ASC-nin aktivləri 102,188 mln. manata çatıb ki, bu da 2015-ci illə müqayisədə 53,53% və ya 35,631 mln. manat çoxdur.
Bu barədə dövlət şirkətinin 2016-cı il üzrə maliyyə hesabatında deyilir. Hesabat “Baker Tilly Azerbaijan” audit şirkəti tərəfindən hazırlanıb.
0 FAİZ KOMİSSİYA İLƏ 5000 MANATADƏK KREDİT!
Aktivlərin 85,087 mln. manatı uzunmüddətli, 17,101 mln. manatı isə qısamüddətlidir. Uzunmüddətli aktivlərin strukturunda əmlak, tikili və avadanlıqların payı 84,671 mln. manatdır.
Cari aktivlərin strukturuna nəzər saldıqda isə məlum olur ki, burada mal-material ehtiyatlarının payı 1,652 mln. manat, vergi aktivlərinin payı 8,333 mln. manat, pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərinin payı 2,854 mln. manat, digər aktivlərin payı isə 3,685 mln. manatdır.
Dövlət şirkətinin öhdəlikləri 25,43% və ya 1,623 mln. manat azalaraq 4,760 mln. manata çatıb ki, bunun da hamısı caridir.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
"Təmiz Şəhər" ASC-nin faizli kreditlər və borc vəsaitləri 1,2 mln. manat, kreditor borcları isə 3,559 mln. manat təşkil edir.
Şirkətin nizamnamə kapitalı ötən il dəyişməyərək 9 mln. 149,672 min manat olaraq qalıb, cəmi kapital isə 61,79% və ya 37,254 mln. manat artaraq 97,428 mln. manata çatıb.
Hesabat dövründə şirkətə 154,591 mln. manat məbləğində dövlət investisiyası yatırılıb. Digər investisiyaların həcmi 58,084 mln. manat olub.
Şirkət ötən ili 52 mln. 617,886 min manatlıq zərərlə başa vurub. 2017-ci ilin yanvarın 1-ə yığılmış kəsir 124 mln. 397,021 min manata çatıb.
© APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























