Dünyanın 1 nömrəli ərzaq şirkəti 10 ilin ən yaxşı nəticəsini göstərib
155 illik qocaman İsveçrə nəhəngi, 447 fabriki, 189 ölkədə əməliyyatları, 340 min işçisi ilə dünya ərzaq sektorunun lideri olan Nestle 2021-ci ilin ilk yarısının nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, şirkətin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% artaraq, 41,75 milyard İsveçrə frankına (45,9 milyard dollara) çatıb. Bu, son 10 ildə satışlarda ən yaxşı yarımillik artım hesab olunur. Xalis mənfəət isə 1,1% artıb və 5,9 milyard frank (6,5 milyard dollar) təşkil edib.
Artım Amerikada 7,6%, Avropa, Orta Şərq və Şimali Afrikada 7,3%, Asiya-Sakit okean regionunda 6,8% olub. Məhsul kateqoriyalarında ən çox artım Nespresso kofelərində (3,2 milyard frank, 14,6%), Nestle Sağlamlıq məhsllarında (1,9 milyard frank, 13,6%) və Starbucks satışında (1,4 milyard frank, 16,7%) baş verib.
Şirkətin əməliyyat marjası birinci yarimillikdə sabit - 17,4% olaraq qalıb. Nestle cari il üzrə satışda artım proqnozunu yeniləyərək, 5-6% həddində müəyyən edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 14 saat əvvəl
- 18 saat əvvəl
-
19 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb























