“PASHA Bank Cup III” yarışmasının III mərhələsinin nəticələri məlum olub
(®️) “PASHA Bank Cup III” yarışmasının sayca III mərhələsi artıq yekunlaşıb.
Ümumilikdə 80 nəfər iştirakçı 16-19 iyul tarixlərini əhatə edən və “Dinamik proqramlaşdırma” mövzusuna həsr olunan bu mərhələyə qatılıb. İştirakçılardan 7 nəfər 100%-lik, 25 nəfər isə 50 %-dən yüksək nəticə göstərib.
Bu mərhələni 100 %-lik nəticə ilə başa vuran iştirakçıların adlarını diqqətinizə çatdırırıq:
- Rəhim Məmmədli
- Toğrul Qasımzadə
- Səid Nəsibov
- Ziya Muxtarov
- Rəşad Məmmədov
- Xəlil Əsədzadə
- Nicat Hüseynov
Yarışmanın IV mərhələsi 13-16 avqust tarixlərini əhatə edəcək. “Qraflar” mövzusuna həsr olunan bu mərhələdə istənilən şəxs öncədən təqdim edilən keçid vasitəsilə yarışa qatıla və birincilik uğrunda mübarizəyə qoşula biləcək.
Xatırladaq ki, 2019-cu ildən etibarən keçirilən “PASHA Bank Cup” yarışmasında müxtəlif yaşlarda olan proqramçıların iştirakı nəzərdə tutulub. Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” bu yarışmanı keçirməklə, iştirakçılara yeni fundamental biliklər əldə etmək, bacarıqlarını genişləndirmək və peşəkar keyfiyyətlərini nümayiş etdirmək üçün əlverişli imkan yaradır.
Yarışma haqda ətraflı məlumat üçün bu keçiddən istifadə edin: https://cup.pashabank.digital/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 11 d. əvvəl
- 12 d. əvvəl
-
-
20 d. əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 38 d. əvvəl
- 49 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Rəsmi məzənnələr açıqlandı
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
























