Qlobal IPO bazarında son 20 ildə ən yaxşı nəticə - BUM YAŞANIR
İlk 6 ayda 222 milyarddan çox vəsait cəlb olunub...Qlobal maliyyə bazarlarında ən geniş yayılmış alətlərdən olan Səhmlərin İlkin kütləvi Yerləşdirilməsi (IPO) bazarı əsl inkişaf bumunu yaşayır.
Marja Ernst&Young (EY) audit və konsaltinq şirkətinin yeni hesabatına istinadla xəbər verir ki, təkcə 2021-ci ilin birinci yarımilliyində 1070 IPO sövdələşməsi imzalanıb. Nəticədə cəlb olunan vəsaitlərin həcmi 222 milyard dolları ötüb. Artım sövdələşmə sayında 150%, cəlb olunan vəsaitlərin həcmində isə 215% olub.
Amerika qitəsində dəyəri 93,9 milyard dollar olan 276 IPO, Asiya-Sakit okean regionunda 74,3 milyard həcmində 471 IPO baş tutub. Avropa, Orta Şərq, Hindistan və Afrika bölgəsində 323 IPO vasitəsilə 54 milyard dollara yaxın vəsait cəlb olunub.
Sektoral bölgüyə gəlincə, texniki IPO-lar 284 sövdələşmə və 90 milyard dollar vəsaitlə bütün əməliyyatların ən böyük hissəsini - 27%-ni təşkil edib. Daha sonrakı əsas yerləri 187 sövdələşmə və 33,4 milyard dollarla səhiyyə və 140 IPO və 24,3 milyard dollarlıq vəsaitlə sənaye sahələri tutur.
Hesabatda qeyd olunur ki, qlobal IPO bazarı 2021-ci ilin ikinci rübündə son 20 ildəki ən yaxşı nəticəni göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 16 saat əvvəl
- 20 saat əvvəl
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















