Twitter-in gəlirləri 2014-cü ildən bəri ən sürətli templə artıb
Gündəlik aktiv istifadəçi sayı 206 milyon nəfərə çatıb.Twitter sosial şəbəkəsi cari ilin 2-ci rübünün nəticələrini açıqlayıb. Marja Twitterin rəsmi açıqlamasına istinadla xəbər verir ki, şirkət ötən ilin müvafiq dövrü ilə müqayisədə gəlirlərini 74% artıraraq, 1,19 milyard dollara çatdırıb. Bu isə 2014-cü ildən bəri gəlirlərdə ən sürətli artım tempidir.
Gəlirin ən böyük hissəsi - 1,05 milyard dollar reklam xidmətlərindən əldə edilib, 137 milyon dollar isə data lisenziya və digər xidmətlərdən formalaşıb. Gəlirlərin coğrafi bölgüsündə ABŞ birinci (653 milyon dollar), beynəlxalq bazarlar (537 milyon dollar) ikinci yeri tutur. Ötən ilin ikinci rübünü 1,38 milyard dollar zərərlə başa vuran Twitter 2021-ci ilin aprel-iyun aylarında 65,6 milyon dollar mənfəət əldə edib.
Gündəlik aktiv istifadəçi sayı 206 milyon nəfərdir ki, bu da ötən illə müqayisədə 11% artım deməkdir. Twitter ikinci rüb ərzində özünün ilk abunə xidmətini, eləcə də ən azı 600 izləyicisi olan userlər üçün “Space” audioçat funkisiyasını istifadəyə verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 16 saat əvvəl
- 20 saat əvvəl
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















