Pandemiyaya görə iqtisadi dəstək paketlərinin həcmi 16 trilyon dollara çatıb
Təmiz enerji xərcləri isə bu vəsaitin cəmi 2%-ni təşkil edir.Ötən ildən bəri dünyanı öz cənginə alan koronavirus pandemiyasının vurduğu ziyanların aradan qaldırılması və iqtisadi bərpa üçün kifayət qədər iri həcmdə vəsaitlər ayrılıb.
Marja yBeynəlxalq Enerji Agentliyinin (IEA) yeni hesabatına hesabatına istinadən xəbər verir ki, qlobal miqyasda hökumətlərin qəbul etdiyi iqtisadi dəstək paketlərinin ümumi həcmi 16 trilyon dollar təşkil edib. Bu məbləğin 60%-i G20 ölkələrinin payına düşür.
Agentlik həmçinin qeyd edir ki, əksər ölkələr atmosferə buraxılan zərərli qaz həcmlərinin azaldılması barədə öhdəlik götürsə də, hazırda proses əks istiqamətdə baş verir. 2023-cü ilə qədər CO2 emissiyaları rekord həddə çatacaq və 2050-ci ilə qədər sıfır karbon hədəfində qoyulan səviyyədən 3,5 milyard ton çox olacaq. Hökumətlərin təmiz enerjiyə ayırdığı xərclər isə 380 milyard dollardır ki, bu da pandemiya ilə əlaqədar ümumi dəstək paketlərinin cəmi 2%-ni təşkil edir.
IEA ötən həftəki hesabatında elektrik enerjisinə qlobal tələbatın 2021-ci ildə 5%, 2022-ci ildə isə 4% artacağını, bu tələbatın 45%-ə qədərinin müxtəlif maye yanacaqların bazasında istehsal olunacağını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 16 saat əvvəl
- 20 saat əvvəl
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























