Daha bir əmtəənin qiyməti rekord qırdı - TONUNUN QİYMƏTİ 33 MİN 745 DOLLARA YÜKSƏLDİ
Elektronika sektorunun xammallarından biri olan qalay, artan tələbə qarşı təklifin azalması ilə 2011-ci ildə gördüyü 33 min 600 dollarlıq rekord səviyyəni aşıb.Əmtəə bazarında qiyməti rekord qıran yeni metal qalay oldu. Marja xəbər verir ki, artan tələbə qarşı təklifin məhdud olması qalayın qiymətində yeni rekorda səbəb olub.
London Metal Exchange qiymətlərinə görə, qalayın tonu 33 min 745 dollara yüksəlib. Qiymətdə ilin əvvəlindən bu yana 66%-lik artım baş verib.
2011-ci ildə qalayın qiyməti 33 min 600 dollarla o dövrün rekordunu qırmışdı.
Qlobal iqtisadi inkişaf ilə birlikdə tələb də artır. Pandemiya ilə əlaqədar əhəmiyyətli asiyalı istehsalçıların təklifi məhdudlaşdıran fraxt çətinlikləri və istehsal problemləri səbəbilə qalay bazarında qiymət təzyiqi ortaya çıxıb.
"Qalayın qiymətinin yüksəlməsi nəqliyyat problemləri və tədarük çətinlikləri ilə əlaqədardır" - analitiklər bildirirlər.
Qalay istehsalı müəssisələrinin elektrik enerjisi fasilələrinə görə istehsallarını təkrar azaldacaqları da bildirilir. Çindəki Yunnan əyalətində, əvvəlki elektrik enerjisi fasilələri müddətində May və İyun aylarında istehsal azalmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 15 saat əvvəl
-
17 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 18 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























